Binəqədidə “Həkəri” adlı əxlaqsızlıq yuvası fəaliyyət göstərir- Obyektin sahibinə demək lazımdır ki, “quşxana”ya öz doğmalarının adını qoy…
23-09-2021, 15:46
165

Binəqədidə “Həkəri” adlı əxlaqsızlıq yuvası fəaliyyət göstərir- Obyektin sahibinə demək lazımdır ki, “quşxana”ya öz doğmalarının adını qoy…

Həkəri adı Şuşa, Qarabağ kimi  milli dəyərdir…  




Ötən əsrin  90-cı illəri  yaşlı və orta nəslin yaxşı yadında olar. 
Obrazlı desək, cəmiyyət elə bil yenidənqurma və aşkarlıq dalğasında “azadlıq”dan  vurub, əməlli-başlı “paxmel” olmuşdu. 
Elə bil  baş verənlər haradansa idarə olunurdu. İnsanlar hər şeyi söküb-dağıtmaq, hər şeyi qaralamaq, hətta müqəddəs dəyərləri  silib atmaq istəyirdilər. 
Məlumdur ki, cəmiyyətlər  min illik adətlərin, ənənələrin, müqəddəs dəyərlərin hesabına ayaq üstə qalır. 
Mənfur  Qorbaçovun “aşakarlığı”  çox dəyərləri məhv etdi. 
Elə itirdiklərimiz var ki, onu sonradan bərpa etmək olur, amma elə dəyərlər var ki, onu sonradan bərpa etmək müşkül məsələdir. 
Sözümüzün canı odur ki, bəzi insanlar “hürriyyətçilik”dən istifadə edərək, ən müqəddəs dəyərlərimizə əl və dil uzadırdılar. 
Məsələn,  hansısa  gerizəkalının biri xırda bir obyekt açaraq  orada spirtli içkilər istehsal etməyə başlayır. Və ən dəhşətlisi odur ki,  bu “patriot gədə”  arağın üstünə Nizami Gəncəvinin təsvirini yapışdırır. 
Bunu başa salan yoxdur ki, Nizami Gəncəvinin bizim üçün müqəddəs  dəyər olması, dünyada millətimizi təmsil etməsi  bir yana, bəs axı Nizamiyə Şeyx Nizami deyiblər. 
Ay qanmaz, araq, spirtli içki hara, Şeyx Nizami hara ?
Bax beləcə  bizim ən müqəddəs dəyərlərimiz az qala lağlağı  obyektinə çevrilirdi. 
Yaxud, yolqırağında açılmış  gecəqondu kafelərə  Qarabağ, Şuşa, Laçın adı qoyanlar görəsən öz əməllərindən utanıb qızarmırdımı ? 
Axı, yol kənarındakı o kafelərin “təyinatı”  məlum idi. Bəs, belə olan halda bizim üçün müqəddəs olan  yer adlarını niyə  öz zibilinə bulaşdırmalısan ? 
Pul qazanmaq, qaz vurub qazan doldurmaq istəyirsən, başqa ad tap, başqa bir adla obyektini işlət. Mütləq millətin heysiyyatı  ilə oynamalısan ?
Bu iyrənc proses  təəssüf ki, bu gün də davam edir. 
Bilməyənlər üçün deyək ki, Binəqədi rayonunda Həkəri adında kafe, əslində əxlaqsızlıq yuvası fəaliyyət göstərir.
Bura sözün əsl mənasında  xəstəlik, virus məkanıdır. Kafenin sahibi günün günorta çağı ölkənin paytaxtında qadın alveri ilə məşğul olur, priton saxlayır.
Görəsən, rayonun hüquq-mühafizə orqanları bu rəzaləti görmür ?
Görürsə, niyə tədbir görmürlər ? 
Ən dəhşətlisi odur ki, bu kafedə gecə-gündüz kim alır, kim satır, neçəyə satır, bunlar müvafiq qurumların işidir. 
Biz Gundelik-bakı bir media qurumu olaraq  düşünürük ki, Həkəri adını  təyinatı məlum obyektə hansı dələduz verib ?
Axı, Həkəri də, Araz, Kür, Şuşa, Qarabağ kimi millətin şərəf məsələsidir. Bu ad bizim millətin ən həssas yeridir, bu ad bizim üçün toxunulmaz  brenddir. 
Obyektin sahibinə demək lazımdır ki, bu quşxanaya Həkəri adı qoyunca, öz ətrafındakıların, adını qoy dəə...
Qoy xalq da bilsin ki, sən kimin kimisən, kimin nəyisən. 
Həkəri adını  belə çirkin məqsədlə istismar etməyə sənə kim haqq verib ? 
Qadınları  istismar etməyin bəs deyil, hələ bir müqəddəs  yer adlarımızı da murdarlayırsan, ay yaramaz. 
Nəhayət üzümüzü, tuturuq Binəqədi, Zəngilan rayonlarının icra hakimiyyətlərinə, polis rəislərinə, Daxili İşlər Nazirliyinə, paytaxt meriyasına. Ki, Həkəri adında əxlaqsızlıq yuvası  təcili bağlansın. Ümumiyyətlə, Həkəri adı bu obyektin üzərindən götürülsün. 
Obyektin sahibinin kimliyi, haralı olması və s maraqlı deyil. Kim olur olsun, törətdiyi əməllərə görə barəsində cinayət işi açılsın və layiq olduğu cəzanı alsın. 
Bəlkə, bu başqalarına dərs ola. Ki, burnunuzu müqəddəs  dəyərlərə soxmayın.
P.S Kimliyindən asılı olmayaraq bu məsələ ilə bağlı xahişdə bulunanların hamısı təhqir olunacaq. /Gundelik-baku.com/

Oxşar xəbərlər