Ziyəddin Əliyev kimi məmurlar İŞİD-dən, ən radikal dini qruplardan daha təhlükəlidir- QUBADA ÖZBAŞINALIQ
24-09-2021, 12:28
366

Ziyəddin Əliyev kimi məmurlar İŞİD-dən, ən radikal dini qruplardan daha təhlükəlidir- QUBADA ÖZBAŞINALIQ

Məmurlarda  cəmləşən bu milyardlar bir gün işə düşə bilər...

Ziyəddin Əliyev kimi məmurların əlində 100 milyonların olması, uşağın əlində silahın olması qədər təhlükəlidir..

Öncə  onu qeyd edək ki, bizim kiminsə, o cümlədən Ziyəddin Əliyev kimi məmurların, pulunda, malında, mülkündə, milyonlarında gözümüz yoxdur. Əksinə insanlarımızın zəngin olmasını istəyirik. 
Amma ortaya xeyli sayda suallar çıxır.
Birincisi, bu milyonlar yox ee, 100 milyonlar hansı yolla qazanılır ? 
Bunun bir mənbəyi olmalıdır, axı. Bu pulların xalqdan, dövlətdən oğurlanması  heç kimə sirr deyil. 
Bəli, bu pullar xalqdan və dövlətdən oğurlanıb. Qoy bunu hüquq-mühafizə  orqanları araşdırsın. Bunu araşdırmaq bizim media imkanlarımız daxilində deyil. 
Bizim üzərimizə düşən borc, vəzifə cəmiyyətimizi məlumatlandırmaqdır. 
İkincisi  və ən əsası  bu fikri dönə-dönə qeyd edəcəyik ki, Azərbaycan məmurlarında cəmləşmiş yüz milyonlar yox ee, milyardlar Azərbaycan dövləti üçün çox ciddi təhlükədir. Bizi narahat edən budur. Yoxsa, cəhənnəmə olsun, Ziyəddinin, Alimpaşanın, yaxud Vilaymın mal-mülkü, milyonları. 
Bəli, biz tam inamla qeyd edirik ki, məmurlarda cəmləşmiş bu milyardlar koronavirus pandemiyasından, İŞİD-dən, dini radikallardan, terrorizmdən daha qorxunc və təhlükəlidir. Bunu cəmiyyətimiz  başa düşməlidir. Yoxsa, bizim hansısa məmurla, icra başçısı, yaxud nazirlə qəsd-qərəzimiz yoxdur. 
Bir gün bu milyardlar  gec partlayan bomba kimi işə düşəcək. Bu mövzuda təkrar-təkrar yazmağımızın da əsl səbəbi budur. 
Bizi narahat edən  dövlətimizin talehidir. 
Axı, əlahəzrət məntiq də deyir ki, bir adamın əlində bu boyda mal-mülk, kapital cəmləşə bilməz. 
Axı, adi bir yol  ustası olan Ziyəddin Əliyevin əlində 100 milyonların  olması, uşağın əlində silahın olması qədər təhlükəlidir. 
Qubanın icra başçısı  Ziyəddin Əliyevin  biznesinin sərhədləri çoxdan MDB-nin sərhədlərini aşıb. Artıq Avropa dövlətlərində Ziyəddin Əliyevin  biznesi kabus kimi dolaşır. 
Axı,  bu adam mühüm dövlət vəzifəsi də daşımayıb. Ömrünün yarısını  yollara  “qır basmaqla” keçirib. 
O, uzun illər  “Bakı Yol Tikinti-1”in  direktoru, “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. 
Bu zəhrimar  “qara qır”da nə var ki, adamı milyonçuya çevirir. Deməli, dövlətin milyonlarını mənimsəyib. 
Fikir verin: İcra başçısı Qubada xırda bir parkın abadlaşdırmasına  cəmi  300-400 min xərcləyir və dövlət büdcəsindən  1 milyon 700 min manat silir. 
Ziyəddin Əliyev  Ukraynadakı ona məxsus asfalt zavoduna  7 milyon avro kapital qoyub.  
Ziyəddin Əliyev  özünü  sığortalamaq üçün Ukraynadakı “Alov-bud” şirkətinin qeydiyyat sənədlərindən öz adını çıxardaraq  Ukraynadakı biznesini idarə edən Vüqar Hacıyevin adına rəsmiləşdirib. 
Vüqar Hacıyev kimdir ? 
Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin qardaşı.
Bu cinayətkar şəbəkədir, ağalar, cənablar, başa düşün, ayılın. Bu şəbəkə əmr alan kimi dövlətimizə ciddi problem yaradacaq. Hələ ki, gözləyirlər. 
Axı, bir müddət əvvəl Prezident  İlham Əliyev cənabları icra başçılarına dedi ki, yerli sahibkarlara problemlər yaradırsınız. 
Bəli, Ziyəddin Əliyev  Qubada şəhərdaxili yolları sahibkarların hesabına təmir etdirir, iş adamlarına yol saldırır. Dövlətin ayırdığı milyonları isə cibinə qoyur. 
Bunun bir sonu olmalıdır. Artıq atalar demişkən, bıçaq sümüyə dirənib. 
 Quba bələdiyyəsinin sədri Anar müəllim kimdir ki, sahibkarlardan hər ay pul yığıb icra başçısına çatdırır. 
Bu gün Qubada Şahdağ ticarət mərkəzi gecə-gündüz işləyir, sabiq ekonazir Hüseynqulu Bağırovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin biznesi çiçəklənir. Hamısı da  icra başçısının  aylıq haqqını verir. 
Bütün bunlar azmış kimi, icra başçısı həyat yoldaşı Donara Əliyevanı Quba  Mərkəzi Xəstəxanasının (RMX) Yoluxucu xəstəliklər şöbəsinin müdiri qoyub. Donara xanım  hazırda  Quba rayonunun baş infeksionistidir. Görəsən, bu xanım infeksiyadan nə qədər qazanır.  
Ziyəddin Əliyevin  26 yaşlı oğlu Nicat Əlibəyli isə Çexiyada böyük biznes sahibidir. 26 yaşlı bu növcavan bu milyonları necə qazandı ? 
Bəs görəsən, Avstriyanın paytaxtı Vyanadakı biznesinə neçə milyonlar yatırıb, cənab Ziyəddin Əliyev ? 
Saymaqla, yazmaqla bitən, qurtaran deyil, Ziyəddin və Şahvələd Əliyev qardaşlarının mal-mülkü, milyonları. 
Bəli, söhbət icra başçısnın qardaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general- mayor  Şahvələd Əliyevdən gedir. 
Axı, bu qardaşlar vətən və dövlət qarşısında  hansı xidmətlərinə görə, bu imtiyazları əldə ediblər ? 
Bunların ataları ancaq  məmur  “əkib-becərib” ? 
Belə dövlət  ərkanı olmaz. Azərbaycan  xalqı bu dövləti  bu qardaşlar üçün qurub-yaradıb ? 
İndi isə qoy cəmiyyət və dövlət qurumları Ziyəddin Əliyevin TƏKCƏ QUBADAKI  mal-mülkünün siyahısının bir qisminə  baxıb, özü nəticə çıxartsın. 

Quba rayonu Vladimrovka kəndində "Fayton" restoranı, istirahət kompleksi 1.5 ha ərazidə;
Quba şəhəri, Qəçyəş yolu yaşayış massivində 2 ədəd villa;
Quba - Qonaqkənd yolu, Təngəaltıda dağ yamacının yarıldığı təhlükəli ərazidə otel və restoran kompleksi;
Quba rayon Nügədi kənd ərazi dairəsində çınqıl karxanası, asfalt zavodu və beton zavodu;
Qubanın İqrıq kəndi ərazisində, Quba - Bakı yolu üzərində yanacaqdoldurma məntəqəsi;
Quba şəhərinin 28 May parkında restoran əyləncə kompleksi, açıq mini futbol meydançası və gözəllik salonu (icarəyə verilib);
Quba şəhərinin girişində Asan Xidmətlə üz-üzə iki çoxmərtəbəli binanın birinci mərtəbəsində obyektlər;
Quba şəhəri, Ə.Nərimanov küçəsində yarımçıq tikili çoxmərtəbəli bina (300000 manata alıb). /Gundelik-baku.com/

Oxşar xəbərlər