Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
1-09-2020, 17:22
418

Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun 
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin  keçirdiyi əməliyyat zamanı həbs edilməsi  Vidadi Zeynalovun bütün planlarını pozdu.
 

Söhbət  keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovdan gedir. 

Ceyhun Cəfərovla  yeznə-qayın olan Vidadi Zeynalov səs-küylü “Rabitə işinə” görə,  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum  edilsə də...sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun  cəzası 4 ilə  endirilib və…azadlığa buraxılıb. Vidadi Zeynalovun əmlaklarının bir hissəsi üzərindən həbs də götürülüb. Bir sözlə, Vidadi Zeynalov canını yaxşı qurtara bilib. Və düşünürdü ki, Kürdəmirin icra başçısı olan qohumu Ceyhun Cəfərovla  birgə Çexiyada və başqa ölkələrdə olan bizneslərini bundan sonra rahat idarə edə biləcəklər. 
Amma atalar deyir ki, sən saydığını say, gör fələk, daha doğrusu Korrupsiya İdarəsi nə sayır. 
Atalar onu da deyir ki, dərd gələndə birdən gəlir. 
Yenicə həbsdən canını qurtaran  Vidadi Zeynalov hardan biləydi ki, qohumu  Ceyhun Cəfərovu  qandallayacaqlar. 
İndi Vidadi Zeynalov qalıb  türmə qapılıarında, yəni Ceyhun Cəfərovun dalınca gedib,gəlir.
Canını 11 illik cəzadan yüngül qurtaran Vidadi Zeynalov nəsə düşünüb planlaşdırır.
Bu yerdə  Bakı Şəhər İcra Hakimiyyətinin  bəzi vəzifəli şəxsləri yaman təşviş  keçirir. Görəsən  yeznə-qayın yenə nə törədirlər ki, meriyada bəziləri qarınağrısı  tutub. 
Bu barədə növbəti yazıda.

''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər