Manşet
12-10-2021, 13:49
168
“Sirab” ASC kimləri maliyyələşdirir ?- Namiq Novruzovun “Sirab” ASC haqqında ŞOK FAKTLAR…
Cənab Novruzov, indi sürət əsridir, yalanın ömrü 40 gün çəkmir…
“Sirab” mineral suları haqqında onu qeyd edək ki, mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Bura qədər tarixdir.
Görək, ASC-nin yaxın tarixi nə ilə bağlıdır.
Birincisi, kifayət qədər geniş alıcı kütləsi olan bu mineral suların satışından gələn gəlir və dövlət büdcəsinə ödənilən vergilər barəsində heç bir rəsmi məlumata rast gəlmək olmur.
ASC-nin işçi sayı, dövrüiyyəsi ilə bağlı apardığımız araşdırma zamanı hansısa bir məlumata rast gəlmədik.
Öyrənə bildiyimiz odur ki, Babək “Sirab” ASC-nin İdarə Heyətinin sədri cənab Namiq Novruzovdur.
Çox təəssüf ki, ölkəmizin bir nömrəli mineral sularını istehsal edən şirkətin adı daha çox iqtisadi məsələlərdə deyil, siyasi qalmaqallarda hallanır.
Hər dəfə siyasi tədbirlər, yaxud seçkilər ərəfəsində bu şirkətin adı “Müsavat” partiyasının adı ilə hallanır.
Xəbərlərdə “Sirab” ASC-nin Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbəri və indiki rəhbəri Arif Hacılının maliyyələşdirilməsi haqqında məlumatlar yayılır.
Qarşı tərəf isə məsələyə belə aydınlıq gətirir. Söhbət Babək “Sirab” ASC-dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmhb” adlı bir şirkətdən bəhs edilir.
Namiq Novruzov qətiyyətlə bildirir ki, araşdırmalar aparıblar və bəlli olub ki, bu şirkətin onun rəhbəri olduğu quruma dəxli yoxdur. O, hətta deyib ki, o şirkətlə bizim yaxından və uzaqdan heç bir əlaqəmiz yoxdur.
O, qeyd edib ki, həmçinin “SİRAB” ASC-nin Azərbaycandan kənarda rəsmi və ya qeyri-rəsmi hər hansı filialı, nümayəndəliyi, törəmə şirkəti də yoxdur.
Namiq Novruzov bu məsələ ilə bağlı yerli xəbər saytlarını da ittiham edir, məhkəmə ilə hədələyir.
Namiq Novruzov özünün dediyi kimi bu çirkin kampaniyaya görə, mühacirətdə olan müsavatçı jurnalistləri ittiham edir.
Əlbəttə, kimin yalan, kimin doğru dediyini sübut etmək niyyətimiz yoxdur. Və əlimizdə konkret faktlar yoxdur.
Ancaq ASC-nin sədri Namiq Novruzovun bir fikri maraqlıdır. O, deyir ki, yalanın ömrü 40 gün çəkər.
Cənab Namiq Novruzov ! İndi sürət əsridir. Nəyinsə doğru, yoxsa yalan olduğunu sübut etməyə 40 gün yox, 40 dəqiqə də yetər.
Həm də biz də onun tərəfdarıyıq ki, ölkəmizin zəngin su xəzinəsi olan Sirabın adı siyasi qalmaqalarda deyil, iqtisadi məsələlərdə hallansın.
/Gundelik-baku.com/