Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun “təmir biznesi” - TƏHSİL NAZİRİ BUNLARI BİLİRMİ ?
2-11-2021, 14:20
315

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun “təmir biznesi” - TƏHSİL NAZİRİ BUNLARI BİLİRMİ ?

Şahin Bayramov ADİU-da  “Distant təhsilə”  müdirlik edəndə nə qədər qazanıb ? 

Öncə onu qeyd edək ki, 70 illik sovet dönəmində ölkəmizdə  bir universitet var idi: Azərbaycan Dövlət Universiteti ( indiki BDU ). 
Son 20-30 ildə  universitetlərin sayı  yağışdan sonra göbələk kimi  durmadan artır. 
Nə qədər özəl, dövlət universitetləri  yaranıb. Ən dəhşətlisi odur ki, universitetlərin sayı artdıqca ölkədə təhsilin səviyyəsi aşağı düşür. 
Belə ali təhsil ocaqlarından biri də  Mingəçevir Dövlət Universitetidir (MDU). 
Məlumat üçün qeyd edək ki, MDU müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib.
Və 2015-ci ildə  müstəqil  MDU-ya çevrilib. Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakultənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 2400-dən artıq tələbə oxuyur və 300-dən artıq müəllim çalışır. 
Hətta universitetdə ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası yaradılıb. 
Gördünüzmü  HÜSABAT-lılıq…
Amma görək  universitet rəhbərliyi öz əməlləri barədə cəmiyyətə HESABAT verirmi ? 
Çox təəssüf ki, universitetin adı daha çox neqativ məsələlərdə hallanır. 
Məsələn universitetə yüksək balla  daxil olmuş  gənc qızı hicabda olduğuna görə  MDU-nun rəhbərliyi  dərsə buraxmır. 
Bu boyda universitetin rəhbərliyi başa düşmür ki, hətta xristian ölkələrində müsəlman qızları milli geyimlərində dərsə gəlməyə icazə verirlər. Bu dünyada qəbul olunmuş normadır. 
Həm də istedadlı  tələbənin hicabda, yaxud hicabsız olmasının təhsilə nə dəxli var ? 
Universitetin adı  rektorun şəxsi kafesinin olması ilə də gündəmə gəlib. Yəni rektor  öz şəxsi kafesini işlədərək tələbələrin cibinə girir. 
Hələ bunlar harasıdır ?
2019-cu ildə  MDU-da baş verən  neqativ hallara görə, universitetin rəhbərliyi dəyişildi və Şahin Bayramov  MDU-ya  rektor təyin edildi. 
İndi görək, Şahin Bayramov kimdir  və necə gəlib rektor olub ? 
 Şahin Bayramov 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib. 

2009-2011-ci illərdə ADİU-nun Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.

2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.
2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 
Şahin Bayramovun ADİU-da Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışmasına nəzər salaq. 
Görəsən, Şahin Bayramov  distant təhsil şöbəsinin müdiri olanda  neçə nəfəri  sorğu-sualsız universitetə qəbul etdirib ? 
Axı, distant təhsilin nə olduğunu biz gözəl bilirik. Hətta ADİU-da diplom almağın neçəyə başa gəlidiyini də  çoxları bilir. 
Deyirlər ki, həmin məktəbdə rüşvət  və saxtakarlıq toxumunu səpən Şahin Bayramovun  müstəqil MDU-da hansı maxinasiyaları edəcəyi əvvəllcədən bəlli idi. 
Bir daha təkrar edirik ki, Şəmsəddin Hacıyevin rektor olduğu ADİU-da distant təhsil məsələsi əsl bazara çevrilmişdi. Bunun icraçısı isə Şahin Bayramov olub. 
Şahin Bayramov xeyli müddət  ADİU-da prorektor olub. Görəsən, ADİU-da baş verənlərə görə, Şahin Bayramov məsuliyyət daşımır ? 
Nə isə, bütün bunları qoyaq  bir kənara, görək, hazırda Şahn Bayramov MDU-da nələr törədir. 
Şahin Bayramov da  digər rektorlar kimi kresloya oturan kimi MDU-nun binasını təmirə başladı. 
Bəli, bu lənətə gəlmiş TƏMİR adı altında nə qədər dövlət vəsaitini, tələbələrin təhsil haqlarını göyə sovurmaq olar ?
Əslində bu pullar göyə sovrulmur, rektorun və onun yaxınlarının cibinə gedir. 
Görəsən, universitetin təmiri bu qədərmi vacib idi, cənab Şahin Bayramov ? 
Yaxşı tutaq ki, təmir vacib idi. Onda  təmir məsələsi  şəffaf tender yolu ilə və “Dövlət satınalmaları haqqında” qanuna  uyğun olmalıdır. MDU-nun təmirində isə tenderlər şəxsi münasibətlərə görə həll olunub və üstəlik qiymətlər dəfələrlə şişirdilib. Bu isə ciddi korrupsiya əməlidir. 
Təkcə 2021-ci ildə  MDU   “MAYA-AK İNŞAAT” MMC vasitəsilə cari təmir işləri ilə bağlı  78770 manat dəyərində müqavilə bağlayıb. 
Rektordan soruşmaq lazımdır ki, niyə hər dəfə ancaq “MAYA” ilə ? 
“Maya”da  nə görmüsünüz, cənab rektor ? 
Yazının girişində  MDU-nun nəzdində İctimai Nəzarət Şurası-filan, HESABAT-zad məsələsini əbəs yerə demədik. 
İndi soruşan lazımdır ki, cənab rektor, bircə  dəfə təmirə xərclədiyin pullarla bağlı hesabat vermisənmi..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər