Deputat Elnur Allahverdiyevin KONTAKT HOME OYUNU…- ŞƏHİD AİLƏSİNƏ HÖRMƏTSİZLİK,QAZİLƏRƏ SAYĞISIZLIQ VƏ….
25-11-2021, 18:45
149

Deputat Elnur Allahverdiyevin KONTAKT HOME OYUNU…- ŞƏHİD AİLƏSİNƏ HÖRMƏTSİZLİK,QAZİLƏRƏ SAYĞISIZLIQ VƏ….

Bu adam “ABC-Telecom” MMC-nin Baş direktoru olanda  nələr baş verib ? 

“Kontakt Home”  Çin məhsullarını Almaniya adı ilə müştərilərə  satır..


“Kontakt Home” şirkətinin sahibi, millət vəkili  Elnur Allahverdiyev barəsində ökə mətbuatında o qədər yazılıb ki, yeni nəsə tapmaq  üçün xeyli  axtarmalı olduq. 
Və bəlli oldu ki, bu adamın hüquq təhsili var.
Deməli,  Elnur Allahverdiyevin az-çox savadı olsaydı,  niyə özünü “kolxoz”çu kimi aparırdı, normal bir təhsili olardı dəə…
Qoy bizdən heç kim inciməsin, Elnur Allahverdiyevin təhsili ilə ancaq onun gördüyü işləri görmək olar.
Bəs bu “yurist”  necə oldu ki, millət vəkili, şirkət rəhbəri oldu ? 
Onu da qeyd edək ki, Elnur Allahverdiyev “ Kontakt Home”  şirkətinin rəhbəri olmazdan öncə 2001-ci ildən 2020-ci ilə qədər “ABC-Telecom” MMC-nin Baş direktoru olub.
Deməli, Elnur Allahverdiyev parta arxasından duran kimi  Baş direktor olub. 
Bu bilirsiniz nə deməkdir ?
Milyonları idarə etmək…
Elnur Allahverdiyevin nəzərinə bircə məsələni çatdıraq. 
Bəlkə, 20 il  çalışdığın, Baş direktoru olduğun “ABC-Telecom” MMC-nin əməllərini açaq qoyaq ortaya ? 
Neçə yüz min, neçə milyon kontur satışını hesabatlardan gizlətmisiniz ?
Gəncə şəhərində  neçə diller  dükanınız işləyirdi ? 
Onların satdığı telefonlar və konturlar niyə uçotdan gizlədilirdi ? 
Bu illər ərzində nə qədər vergidən yayınmısınız ? 
İndi isə keçək,  Elnur Allahverdiyevin konsul olmaq məsələsinə…
Görəsən bu adam hansı yolla xarici dövlətin- Sloveniyanın  Azərbaycanda  Fəxri Konsulu ola bildi ?
Deməli,  bu adam ölkəmizdə  Sloveniya dövlətinin maraqlarını qoruyurdu. Və…
Xarici dövlətin maraqlarının təmsilçisi günün birində Azərbaycanda deputatlığa  namizəd oldu. Bu nonsensdir. 
Və  savadsız  Elnur Allahverdiyevə bunu  başa salanda təcili  köhnə tarixə Konsul  vəzifəsindən getdi. 
Və  hansı yollasa  deputat oldu. 
Bunu da yazaq  keçmişin ayağına…
“Kontakt Home”  şirkətinin  keyfiyyətsiz  Çin məhsullarını Almaniya adı ilə müştərilərə  satmasını da  bir yerə yazaq dəə…
Ancaq elə məsələ var ki, onu heç hara yazmaq olmur…
Söhbət  şəhid ailəsinə, daha doğrusu şəhid əsgərimizə məxsus  və kreditə  götürülmüş  yataq dəstinin  gəlib evdən aparılmasından gedir. 
Bəli, bu rüsvayçılığı  “Kontakt Home”  şirkəti edib. 
Bax, bu ləkəni alnından silə bilməyəcəksən, cənab konsul-millət vəkili  Elnur Allahverdiyev. /Gundelik-baku.com/

Oxşar xəbərlər