“Proqress-2016” MMC-nin sahibi Emil Səməndərovun cinayət əməlləri…- Emil Səməndərov OLMAYAN BİNANIN OLMAYAN MƏNZİLLLƏRİNİ çoxdan satıb…
27-11-2021, 10:30
380

“Proqress-2016” MMC-nin sahibi Emil Səməndərovun cinayət əməlləri…- Emil Səməndərov OLMAYAN BİNANIN OLMAYAN MƏNZİLLLƏRİNİ çoxdan satıb…

Qarabağda şəhid olan əsgərin mənzilini  başqasına satan Emil Səməndərov…

Məhkəmənin  Emil  Səməndərova verdiyi cəza- 2500 manat cərimə - bir unitazın puludur ee.
.

Azərbaycanda  10-15 ildir ki,   mənzil  tikintisi “bumu”  yaşanır. 
Kimlərsə, MMC, yaxud MTK təsis edərək torpaq sahəsi alıb çoxmənzilli, çoxmərtəbəli binalar inşa edirlər. 
Vətəndaşlar isə  həmin  şirkətlərlə müqavilə bağlayır, 40-50 min, bəzən 100 min pulunu ödəyərək mənzilin hazır olacağı günü səbrsizliklə gözləyirlər. 
Amma  bu MTK-larla bağlı  əsasən  2 hal baş verir. 
Birincisi, odur ki, bina müqavilədə göstərilən müddətdə  başa çatmır, illərlə gecikir  və  kirayədə qalan şəxslər  xeyli ziyana düşürlər. Binalar təhvil veriləndə isə məlum olur ki, mənzillərin təmiri bərbad gündədir. 
İkinci və ən çox yayılan variant  isə  daha dəhşətlidir. 
Müqavilə bağlayıb pulunu ödəyən vətəndaş  mənzilin  hazır olacağı günü  gözləyir. Və həmin gün bəlli olur ki, onun mənzili  başqa bir şəxsə  satılıb. Bu halda hətta bir mənzilin  2-3 nəfərə   satıldığı da məlum olur. 
Belə hallara  yol verən MTK sahiblərini ən yaxşı halda 7-8 illik həbs cəzası gözləyir. 
Yaxşı lap tutaq ki, MTK sahibi həbs olundu, bəs 100-lərlə vətəndaşın mənzil problemini kim həll edəcək, batan milyonları kim qaytaracaq ? 
Bir sözlə, özəl şirkətlərin mənzil tikintisində sözün həqiqi mənasında  “bespredel”  baş alıb  gedir. 
Belə  cinayət əməllərinə yol verən tikinti  şirkətlərindən biri də,   “Proqress- 2016” MMC-dir. 
“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərov uzun illərdir ki, tikinti biznesinə, əslində cinayət əməllərinə başlayıb. 
Bu adamın  10 il əvvəl  tikməyə başladığı  bina hələ də başa çatmayıb. Ancaq  Emil Səməndərov OLMAYAN BİNADAKI  OLMAYAN MƏNZİLLƏRİ çoxdan satıb. Özü də bir mənzili 3-4 nəfərə. 
Kimin nə deməyindən asılı olmayaraq onu qeyd etməliyik ki, bu cinayətlərin baş vermə səbəbi ölkədə normal məhkəmə-hüquq  sisteminin olmamasıdır. Niyə ?
Yeri gəlmişkən, bu yaxınlarda deputatlarımızdan biri Milli Məclisin tribunasından  car çəkdi ki, ölkədəki məhkəmə-hüquq sistemi fəlakətli vəziyyətdədir. 
Bundan  artıq  nə demək olar ? 
Bəli, əgər hüquq-mühafizə orqanları, məhkəmələr  Emil Səməndərovun illər öncə törətdiyi cinayət əməllərinə görə layiq olduğu cəzanı versəydi, vəziyyət gəlib bu  həddə çatmazdı. 
Axı, ötən yazımızda qeyd etdiyimiz kimi, Emil Səməndərovun  Bakının Sabunçu, Binəqədi, Abşeron və digər rayonlarında törətdiyi əməllərinə  görə  cinayət işi açılıb. Bəs niyə heç olmasa, bircə dəfə bu adam cəzasını almayıb, həmişə sudan quru çıxıb. 
Heç kimə sirr deyil ki, pulunu verib cəzadan qurtarıb. 
Beləcə, Emil Səməndərov əvvəllər  3-5 nəfərə qarşı dələduzluq edirdisə,  sonradan 100-lərlə, 1000-lərlə  vətəndaşa qarşı daha böyük cinayətlər  törədib. 
Təsəvvür edirsiniz, 100-lərlə vətəndaşı aldadıb pullarını mənimsəyən,  vətəndaşın pulunu  ödəyib müqavilə əsasında aldığı mənzilini 4-5 nəfərə satan Emil Səməndərovu 1-ci instansiya məhkəməsi 3000 manat cərimə edib. Apelyasiya Məhkəməsi isə Emil Səməndərovun cəzasını 3000 manatdan 2500 manata endirib. 
İndi gördünüzmü, məhkəmə-hüquq sistemimiz  deputatın dediyi kimi fəlakətli vəziyyətdədir. 
Vətəndaşlara  milyonları atan  Emin Səməndərov 2500 manat cərimələnib. 
Görəsən məhkəmə hakimi bilmir ki, Səməndərov üçün 2500 manat  bir unitazın puludur .  
Təkrar etməyə  məcburuq ki,  bu adamın barəsində 2015-ci ildə Şirvan rayon məhkəməsi, 2016-cı ildə Sabunçu rayon məhkəməsi, 2017-ci ildə Sumqayıt məhkəməsi,  2018-ci ildə Binəqədi rayon məhkəməsi, 2019-cu ildə Abşeron rayon məhkəməsində bir neçə maddə ilə dələduzluq əməllərinə, dələduzluğa  görə cinayət işinə baxılıb. 
Bəs  Emil Səməndərov  bu məhkəmələrdən necə canını qurtarıb. Və  bina tikməkdə hələ də davam edir. 
Marketdən 1 çörək oğurlayn şəxsə  cəza verən  məhkəmə hakimi niyə Emil Səməndərova  cəza verməyib ?
Deməli, problem daha dərindir. 
Emil Səməndərov  vətəndaşlara atdığı pullarla  məhkəmələrdən canını qurtara bilib. 
Qoy məhkəmə hakimləri bilsin ki, mərhum Ulu Öndər deyirdi ki, dövlət iki şeydən sarsılır: Cinayətkar cəzasız qalanda və  günahsız cəza  alanda. 
Başa düşdünüzmü ?  Sizlər dövləti sarsıdırsınız, ey bəzi məhkəmə hakimləri. 
Onu da qeyd edək ki, hazırda  mənzil məsələsinə görə, Emil  Səməndərovdan 1200  şikayətçi var. 
1200 şikayətçinin evində 3-4 nəfər ailə üzvü, yaxınları var.  Niyə  10 minlərlə insanı dövlətdən narazı salırsınız ? 
Emil Səməndərovun sizə verdiyi pullara görəmi ? 
Emil Səməndərov  o qədər həddini aşıb ki, ondan şikayət edən mənzil sahiblərinə hədə-qorxu gəlir, cangüdənlə gəzir, dövlətə meydan oxuyur. 
Bir məsələni də qeyd etməyi vacib hesab edirik. Bu işdə vəkillərin də günahı var. 
Emil Səməndərovun vəkilləri şikayətçiləri aldadır ki, şikayətinizi geri götürün, yoxsa evləriniz batacaq. 
Belə vəkillik  olar ?  Guya Emil Səməndərov  həbs olunsa, vətəndaşların pulu batacaq.  
Emil Səməndərov hətta Qarabağda şəhid olan əsgərimizin mənzilini də  başqa şəxsə satıb. İndi şəhidin ailəsi  heç olmasa ödənilən pulu tələb edir, Emil Səməndərov onu da qaytarmır. 
Kim(lər)  durub,  bu Emil Səməndərovun arxasında, kimlər onu qoruyur ? 
Emil Səməndərov şəxsi söhbətlərində elə vəzifəli şəxslərin adını çəkir ki....
Bəli, yuxarıda qeyd etdiyimiz kimi Emil Səməndərov məhkəmələrə verib canını qurtardığı   göy əskinaslardan  mətbuata da verib susdurmaq istəyir. 
Biz bir media olaraq Emil Səməndərova deyirik ki, kimlərəsə verdiyin göy əskinasları dostlarının cibinə basıb  yanımıza göndərmə, bizi bezdirmə. Sən bütün dəyərləri  pozub şəhidin mənzilini satmış birisən. Sən  buna görə, haqq divanında  cavab verəcəksən. 
P.S  Emil Səməndərovun əməllərindən bezən sakinlər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi  qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Biz isə Emil Səməndərov həbs olunana qədər yazılarımızı davam etdirəcəyik, heç özünüzü yormayın. /Gundelik-baku.com/

Oxşar xəbərlər