BAŞSIZ Səhiyyə Nazirliyi və BAŞSIZ TƏBİB uğrunda dava qızışır…- Rəşad Mahmudovla Zaur Əliyev arasında SAVAŞ…
27-11-2021, 10:38
154

BAŞSIZ Səhiyyə Nazirliyi və BAŞSIZ TƏBİB uğrunda dava qızışır…- Rəşad Mahmudovla Zaur Əliyev arasında SAVAŞ…

Səhiyyə naziri olmaq istəyən deputat-doktor  Rəşad Mahmudov niyə hərbi xidmətdə olmayıb ?

Vətənə xidmət etməyən Rəşad Mahmudov necə NAZİR ola bilər ? 


Dünyada koronavirus  pandemiyasının tüğyan elədiyi, virusun  milyonların canını aldığı dönəmdə görək ölkə səhiyyəsinin durumu necədir ?
İlk öncə ondan başlayaq ki, Azərbaycanda  səhiyyə sahəsinə iki qurum  nəzarət edir:
Birinci, Səhiyyə  Naziriliyi,
İkincisi, TƏBİB, yəni  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”.
Yəni bir dövlətin və millətin  səhiyyəsinə bu iki qurum nəzarət edir  və İKİSİ də BAŞSIZ qalıb. 
Bəli, sabiq  səhiyyə naziri Oqtay Şirəliyevdən sonra 9-cu aydır ki, nazir postu BAŞSIZDIR. 
Düzdür, nazir postu  müvəqqəti olaraq Teymur Musayevə həvalə olunub. 
Müvəqqətinin nə olduğunu isə izah etməyə ehtiyac yoxdur...
O ki qaldı  səhiyyə sahəsində ikinci  mühüm qurum olan TƏBİB-ə...
Məlumdur ki, TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlının istefasından sonra  bu qurum da BAŞSIZ qalıb, yəni TƏBİB  də   BAŞSIZ-dır..
Düzdür, TƏBİB-ə də müvəqqəti olaraq Zaur Əliyev rəhbərlik edir...
Ona görə də  BAŞSIZ qalan səhiyyəmiz uğrunda əməlli-başlı mübarizə gedir. 
Mübarizə  aparanlar arasında ən çox İcbari  Tibbi  Sığorta Agentliyinin rəhbəri  Zaur Əliyevin və  deputat-həkim Rəşad Mahmudovun  adı hallanır. 
İlk öncə onu qeyd edək ki, Zaur Əliyev neçə ildir ki, ona göstərilən etimadı doğrultmadı. Nəinki, icbari tibbi sığortanı təşkil edə bilmədi, hətta  ömürlük  xəstələrə  dövlət tərəfindən ayrılan dərmanları sataraq cibinə qoydu. Yəni  dövlətin ümidinə qalan xəstələri talehin ümidinə buraxdı.
İndi Zaur Əliyev  deputat-doktor-namizəd  Rəşad Mahmudovla kəllə-kəllyə gəlib. 
Bəs  nazir olmaq eşqinə  düşən deputat  Rəşad Mahmudov kimdir ? 
Deputat Rəşad Mahmudovun adı gələndə yada  onun bir gülməli diaqnozu düşür. 
Belə ki,  doktor  Rəşad Mahmudov  Azərbaycanda  bir uşağın əməliyyatına görə, 9 min pul alaraq uşağı bayıra atıb və sonda  Rəşad Mahmudovun  qoyduğu diaqnozlara Türkiyədə həkimlər gülməkdən bayılıblar. 
Türkiyəli həkimlər deyib ki, bu zavallı uşağa bu diaqnozu hansı çoban qoyub ? 
Nazir olmaq istəyən doktoru-deputatı  tanımayanlar üçün qısaca məlumat verək. 
Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olmuşdur. Və 1991-1997-ci illərdə   Türkiyədə 9 Eylül Universiteti, Tibb fakültəsində ali təhsil almışdır.
1997-2003-cü illərdə Türkiyədə  ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil almışdır.
2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək, Tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
2007-2015-cı illərdə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır.
Buradək hər şey yaxşı, hər şey gözəl. Amma...
Əmması odur ki,  nazir olmaq istəyən  Azərbaycan vətəndaşı Rəşad Mahmudov heç vətən qarşısında hərbi borcunu yerinə yetirməyib, yəni əsgəri xidmətdə olmayıb. 
Bu barədə suala Rəşad Mahmudov o qədər uzun, mənasız cavab verir ki, adamın utanmaqdan başqa çarəsi qalmır. 
Sənə konkret sual verilib, konkret cavab ver də. Denən, bəli, əsgəri xidmətdə olmamışam. 
Bəs, onda səndən necə nazir olar, cənab deputat Rəşad Mahmudov ?

P.S Növbəti araşdırmamız Vüqar Qurbanovla bağlı olacaq. /Gundelik-baku.com/

Oxşar xəbərlər