Dəmiryolu Nazirliyinin “qara kassa”sı barədə ŞOK FAKTLAR- Əlirza Süleymanov 90-cı illərdə ermənilərə qulluq edirmiş…
27-11-2021, 10:39
183

Dəmiryolu Nazirliyinin “qara kassa”sı barədə ŞOK FAKTLAR- Əlirza Süleymanov 90-cı illərdə ermənilərə qulluq edirmiş…

Əlirza Süleymanov  90-cı illərdə  “Kristal” mərkəzində İrandan gələn ermənilərə  qulluq  edirdi

Əlirza  Süleymanov  bir  gecədə  bir vaqonu “doğrayıb satırdı”….

Rəsul Quliyev-Ziya Məmmədov-Əlirza Süleymanov  “trio”su…

“Trio”   Zəngəzur  dəmir  yolunu  necə “metallom”  kimi satdı ?   

Danişyan  Əlirza Süleymanovun pullarını necə idarə edir ? 


Yəqin çoxlarının yadındadır, Azərbaycanda bir partiya sədri, dəfələrlə prezidentliyə namizəd, “ Biyan satıb millətimizi saxlayacam”  deyən Nizami Süleymanov var idi. 
Söhbət  “Qulp” verilişində maraqlı yumoru ilə yadda qalan  Nizami Süleymanovdan gedir. 
Bir də Nizami Süleymanovun “Demokratik Ziyalılar”  İttifaqı var idi. 
Adama deyərlər, ay xanə-xərəb,  ziyalının anti-demokratı da olur ? 
Həmin dövrdə Nizami Süleymanovun qardaşı, Azərbaycan Dəmir Yollarında  vaqon depolarına nəzarət edən  Əlirza  Süleymanovun xeyli miqdarda pulu var idi. 
Qardaşlar  bazarlıq edib  “Kristial” mərkəzini  yaratdılar. 
SSRİ dağılan ərəfədə  Əlirza və Nizami Süleymanov qardaşları  “Kristial” mərkəzində gecələr İrandan gələn “yanıq”lara qulluq edirdilər, bir sözlə, mərkəzi “quşxanaya”  çevirmidşilər.  
Bu gün  Əlirza  Süleymanovdan soruşan lazımdır ki, sən həmin mərkəzdə İrandan gələn  ermənilərə necə qulluq edirdin ? 
Nə isə...
Azərbaycan Dəmir  Yollarında çalışan Əlirza Süleymanov  qatarlarda çalışan qadın bələdçilərin sanki qənimi idi. 
Bu adamın adı  xeyli qalmaqalda hallandırılır. 
Deməli, Əlirza Süleymanov  dəmiryoldan  xeyli gənclərin qovulmasının baiskarı olub. Daha doğrusu, depo rəisləri işçiləri qanunsuz yolla  işdən qovurdu, yerinə başqalarını götürürdülər  və deyirdilər ki... 
“Hara şikayət etsəniz də mənası yoxdur, bizim arxamızda  Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov dayanır”. 
Bəli, Əlirza  Süleymanov  1990-cı ildən başlayaraq vaqon depolarına nəzarət edib. 
Əlirza Süleymanov həmin dövrdə  vaqon bələdçilərinə verilən ezamiyyət xərclərini  mənimsəyirdi. 
Diqqət  edin, 1990-cı ildə  SSRİ adlı dövlət çökmək üzrədir, nəzarət itib, kimin əli kimin cibindən çıxır bilinmir. Bax, Əlirza Süleymanova  belə məqamda ölkədəki dəmir yolu relslərini  tapşırdılar. 
Əlirza Süleymanov təzə relsləri köhnə adı ilə “spisat” edərək varlanmağa başladı. 
Hələ bu harasıdır ?
Əlirza müəllim “metal biznesinin çiçəklənən”  vaxtında sanki  okeana  düşmüşdü. Başqaları 5-6  kiloqram metal axtaranda Əlirza müəllim bir gecədə bir vaqonu “udurdu” və pulunu mənimsəyirdi. 
Ziya Məmmədov  1996-cı ildə  Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olan kimi səhəri günü Əlirza Süleymanovu  özünə müavin təyin etdi. 
Çünki Ziya Məmmədov yaxşı bilirdi ki, dəmir yolu relslərini satmaq üçün Əlirza ən yaxşı kadrdır.
Əlirza Süleymanov da Ziya Məmmədova borclu qalmadı. Əlirza Süleymanov yaxın dostu, o zamankı spiker  Rəsul Quliyevin təklifini Ziya Məmmədova çatdırdı. 
Bəli, Naxçıvana gedən dəmir yolu relslərinin doğranıb satılması və milyonların qazanılması ideyası Rəsul Quliyevlə  Əlirza Süleymanova məxsus idi. 
Qısa vaxtda Əlirza Süleymanov milyonçuya çevrildi. Həmin pullarla oğlu üçün Slovakiyada biznes qurdu. 
Hətta həmin dövrdə Əlirza müəllimin həbsi də gündəmdə olub. Amma canını qurtara bildi. 
Bəli, Əlirza Süleymanov  1996- 2002-ci  illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi  Ziya Məmmədovun,  2004- 2015-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif  Əsgərovun müavini olmuşdur. 
Ziya Məmmədovun, Arif Əsgərovun  dövründə Rusiyadan köhnə vaqonları rəngləyib təzə adı ilə Azərbaycana gətirəndə, milyonlar qazananda niyə səsini çıxartmırdın, Əlirza müəllim ?
Köhnə vaqonları  doğrayıb 1 tonunu 160 manata satıb, kağızda 75 manat göstərəndə  niyə danışmırdın, cənab Süleymanov ?
Dəmir yol sistemində  görülən işlərin qiymətini 2 dəfə şişirdib  milyonları mənimsəyirdiniz. 
Bütün bu  cinayətlər törənəndə sən harada idin, cənab müavin ?
Bütün bunları qoyaq bir kənara, bəs, Danişyanla çəkdirdiyin qol-boyun şəkilləri harada  gizlədin ?
Yuxarıda qeyd etdik ki, oğlunun adına Slovakiyada biznes qurmusan. Onu başa düşdük, oğlundur. Bəs Danişyanla necə qohum olmusan ? 
Bunu sənə çox yaxın olan elə adamlar təsdiq edir. 
Azərbaycandan mənimsədiyin 100  milyonları Danişyan necə idarə edir ? 
Əlirza Süleymanovun qohumu Danişyan barəsində növbəti yazıda... /Gundelik-baku.com/

Oxşar xəbərlər