“Proqress 2016” MTK istifadəyə verilməmiş binaya ailələri yerləşdirib... - ŞƏRİKİ HƏBS OLUNAN EMİL SƏMƏNDƏROV NİYƏ HƏBS OLUNMUR ?
25-01-2022, 15:41
7 254

“Proqress 2016” MTK istifadəyə verilməmiş binaya ailələri yerləşdirib... - ŞƏRİKİ HƏBS OLUNAN EMİL SƏMƏNDƏROV NİYƏ HƏBS OLUNMUR ?

Əgər  sabah binada hər hansı bir qəza baş versə, buna kim cavab verəcək, Emil Səməndərov ? 

Emil Səməndərov yıxılıb ölsə, vətəndaşların  milyonlarını kim QAYTARACAQ ?

Aldadılmış  1200 nəfər  8-10 min vətəndaş deməkdir...

Dövlətdən narazı saldığınız  bu insanların qarşısında sabah dura biləcəksinizmi ?


“Proqress 2016” MTK-nın sahibi Emil Səməndərovla bağlı ötən yazılarımızda qeyd etmişdik ki, tikiləcək binanın  fundamenti qoyulmamış, mənzillər kağız üzərində  vətəndaşlara satılır. 
Təsəvvür edirsiniz, bina hələ kağız üzərindədir, nə bünövrə var, nə fundament...amma  binadakı nə vaxtsa  TİKİLƏCƏK mənzillər baha qiymətə vətəndaşlara satılır. 
Doğrudan da, məəttəl qalmalı məsələdir. 
Axı, OLMAYAN binadakı, OLMAYAN mənzilləri necə satmaq olar ?
Ortada da heç bir təminat yoxdur. 
Sabah bu binanı tikən Emil Səməndərov yıxılıb ölsə, vətəndaşların  milyonlarını kim QAYTARACAQ ? 
Axi, mənzillərin qiyməti ən azı  70-80 min manatdır. 
Yəni, sözümüzün canı odur ki, bu binaların tikintisində heç bir hüquqi təminat yoxdur. 
Əslində bilirsiniz nə baş verir ? 
Bakı şəhərində  mənzil tikintisi ( MTK ) adı altında Mütəşəkkil Cinayətkar Dəstə  var. 
Bura bəzi vəzifəli şəxslər də daxildir.
Bəli, bunu tam məsuliyyətimizlə deyirik. 
Pulunu ödəyib mənzil ala bilməyən vətəndaşlar polisə müraciət edir, nəticə olmur. 
Vətəndaşlar məhkəməyə müraciət edir, heç bir qərar yoxdur. 
Vətəndaş binanın tikildiyi ərazinin icra hakimiyyətinə müraciət edir, deyirlər bizlik deyil. 
Bəs binəva  vətəndaş hara və kimə müraciət etsin ? 
Hər yerdən əlacı kəsilən vətəndaşlar  mediaya müraciət etmək məcburiyyətində qalır. 
Bizim də işimiz ancaq yazmaq və ictimailəşdirməkdir. Başqa nə edə bilərik ki...
İndi də Gündəlik-Bakıya  çox maraqlı məlumat daxil olub. 
Deməli, Emil Səməndərova məxsus “Proqress  2016” MTK tikdiyi binanı təhvil vermədən  vətəndaşları binaya köçürür. 
Axı, qanun-qayda ilə MTK tikdiyi binaları təhvil-təslim etməlidir. 
Yəni binanın qaz, işıq, su təminatı var. Fövqəladə Halalr Naziriliyi  gəlib binada  təhlükəsizlik qaydalarına, yanğından mühafizə məsələlərinə baxmalıdır və sonda bina təhvil verilməlidir. 
Bütün bunlar olmaya-olmaya  Emil Səməndərov  ailələri binaya necə köçürüb ? 
İraq olsun, sabah binada yanğın olsa kim cavab verəcək, ay Emil Səməndərov ? 
Əgər sabah binada qaz sızması, qəza olsa, iraq olsun ölənlər olsa, kim məsuliyyət daşıyır ? 
Bütün bunlar bilirsiniz nəyə görə baş verir ? 
Çünki Emil Səməndərov barəsində bəlkə 10 dəfə Bakının müxtəlif rayonlarının məhkəmələrində cinayət işinə baxılıb. Hamısında da dələduzluq, adam aldatma, sui-istifadə...Və hamısından da Emil Səməndərov  salamat çıxıb. 
Deməli, Emil Səməndərov  fikirləşir ki, bu ölkədə hər cürə cinayət törədib  hakimlərlə dil tapmaq olar. 
Bu adam o qədər həddini aşır ki, hətta şəhidin mənzilini başqasına satır. Bu adam cinayətkar deyil, bəs nədir ?
Bəli, MTK  rəhbəri  Emil Səməndərov  Vətən Müharibəsi şəhidinin  qanuni mənzilini başqasına satıb. 
Qısa məlumat üçün  bildirək ki, şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub. Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Azad  Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilmir. Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib.
İndi  şəhidin ailəsi heç olmasa, Azad  Zeynalovun ödədiyi pulu tələb edir, Emil  Səməndərov isə pulu  qaytarmır.
Təsəvvür  edirsiniz, bu adam şəhidin mənzilini  başqasına satıb. Və hətta şəhidin verdiyi pulu da onun ailəsinə qaytarmır. 
Axı, bütün ölkə bilir ki, Emil Səməndərov 2017-ci ildə insanların etibarından sui istifadə edərək “Proqress 2016”  MMC-ni ələ kecirmişdir. O buna qədər 100-lərlə insanın etibarından sui istifadə edərək onları aldatmış və haqqında cinayət məcəlləsinin 178.2.4 maddəsi üzrə cinayət işi acılmış bu günə qədər yekunlaşmamışdır.
Bəs neçə ildir  bu istintaq yekunlaşmır ?
Vətəndaşlar haqlı olaraq bizə müraciət edir ki, istintaq neçə ay, neçə il çəkər ? 
Bunun bir sonu olmalıdır də…
Təsəvvür edirsiniz, Emil Səməndərov əvvəllər tək-tək adamlara atırdı. İndi 1200 nəfərə ataraq onlara məxsus mənzilləri müxtəlif adamlara satıb. 
Sabah bu insanlar küçələrə axışsa, nə cavab verəcəksiniz, cənab səlahiyyət sahibləri ? 
Bunu istəyirsiniz ? 
Axı, 1200  ailə  8-10 min insan deməkdir.
Sabah bu etirazların qarşısında dayana biləcəksiniz ? 
Məlumat üçün onu da qeyd edək ki, Emil Səməndərovun “sponsoru”  aradan çıxıb. 
Yaxın günlərdə Emil Səməndərovun həbsi gözlənilir.
P.S Yazıda adı çəkilən hər bir şəxsə cavab haqqı tanıyırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər