Sabiq nazir Fazil Məmmədovun “qara kassiri”, keçmiş nazir Ziya Məmmədovun qudası BAŞÇI Rəcəb Babaşov…- QAZAĞIN İCRA BAŞÇISI RƏCƏB BABAŞOV DA HƏBS OLUNA BİLƏR…
25-01-2022, 16:58
6 912

Sabiq nazir Fazil Məmmədovun “qara kassiri”, keçmiş nazir Ziya Məmmədovun qudası BAŞÇI Rəcəb Babaşov…- QAZAĞIN İCRA BAŞÇISI RƏCƏB BABAŞOV DA HƏBS OLUNA BİLƏR…

Qazaxın icra başçısının qoyun sürüləri, fermaları, restoranları…

İcra başçısı “Voyenkom”un, Tarix Mədəniyyət Qoruğunun inzibati binasını iş adamlarına  satıb…

İcra başçısının oğlunu 500 minlik avtomobili və 250 minlik 77-LL-077 nömrəsi…



Dəfələrlə Gündəlik Bakı olaraq  bir neçə icra başçısına müraciət etmişik ki, tərcümeyi-halınızla  bağlı bu pərakəndəliyi, “özbaşınalığı”  yığışdırın. Bu barədə nə qədər yazmaq olar, nə qədər demək olar. Hətta bu barədə PA-na müraciət etmişik ki, icra başçılarına göstəriş verin, konkret təlimat verin...
O icra başçılarından biri də Qazax RİH-ninn başçısı Rəcəb Babaşovdur. 
RİH-nin rəsmi saytına  ( qazax-ih.gov.az ) daxil oluruq. 
Rəcəb Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Rəcəb Abas oğlu Babaşov  Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.                                                                                                                                                                                                                                                     İlham Əliyev                                                                                                                                                                                        Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  19 may 2016-cı il.
Axı, cənab Prezidentin sərəncamı sənin tərcümeyi-halın deyil, cənab Babaşov. 
Sən az qala 100 minlik rayona rəhbərlik edirsən. Sakinlər bilməlidir ki, sən neçənci ildə anadan olmusan, məktəbə getmisənmi, hansısa ali məktəbdə oxumusanmı, orduda qulluq etmisənmi, haralarda işləmisən və s. 
Necə oldu, sən birdən- birə gəlib icra başçısı oldun ? 
Biz demirik ki, yaz ki, uzun müddət  Vergilər Nazirliyiinn Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə İdarənin rəis müavini olmuşam, sabiq nazir  Fazil Məmmədovun sağ əli olmuşam, iri vergi ödəyiciləri olan iş adamlarına divan tutmuşam və s. 
Biz demirik ki, yaz ki, eks-nazir Ziya Məmmədovla  qudayam. 
Allah xoşbəxt eləsin. Biz səndən kimləsə quda olmağını soruşmuruq. 
Dövlətin rəsmi  saytında adam kimi tərcümeyi-halını yaz. 
Nə isə, əsas mövzudan yayınmayaq. 
Görək, Rəcəb Babaşov icra başçısı olduğu 7 ildə hansı əməllərdən çıxıb. 
Qazax sakinləri  sosial şəbəkədə yazır ki, hazırda Qazaxın 7 kəndi ermənilərdədir, o kəndələrin ermənidə, yaxud Rəcəb Babaşovun tabeçiliyində olmasının fərqi varmı ?
Babaşov, başa düşürsənmi, bu nə deməkdir ? 
Bu bircə cümlə sənin kim olduğunu tam açıb göstərir. 
Qazax  camaatı yazır ki, 44 günlük Qarabağ müharibəsində  gənclərimiz şəhid olanda Babaşov oğlunan 450 min dəyərində avtomobil və 250 minlik 77- LL- 077 avtomobil nömrəsi alıb. 
Babaşov, sən 1500 manat maaşla bunu necə alırsan, necə Havay adalarında istirahət edirsən ? 
Əslində  bizim sualımız özü də ritorikdir. Çünki  Qazaxda  78 hektar ərik bağlarını satan icra başçısı Babaşov üçün  yarım milyonluq maşın nədir ki?
Babaşov hətta  rayon mərkəzindəki “Voyenkom”un binasını  “Abu-Life”  Ticarət Mərkəzinin  sahibinə 3 milyona satıb. 
Babaşov, o qədər həddini aşıb ki, Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da iş adamına satıb. 
Bu adam təkcə  aksiz markası olmayan, yəni ölkəyə qaçaqmal yolu ilə gətirilən  siqaretlərdən bəlkə 100 milyon qazanıb.  
Bəli, icra başçısı o qədər həddini aşıb ki, DGK-nın  "Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisinə deyir ki, mənə “PƏNCƏRƏ”  ver. Yəni istədiyim vaxt  ölkəyə qanunsuz siqaret  gətirə bilim. Hətta Babaşov köhnə vaxtlarda rəisə sillə də atıb və cavabını da alıb. 
Ümumiyyətlə, Qazax sakinləri  bu adamı söyüş söyən,  yekəxana, özündən razı, hətta qadınlara əxlaqsız deyən şəxs kimi tanıyırlar. 
Bu müştəbeh özündən o qədər razıdır ki, hətta yağışlı havalarda onun başının üstündə “zontik”  tutmaq üçün adam “kirayə”ləyib. 
Bu adam Qazaxın  rayon mərkəzində səkiləri satır, insanlar gedib-gəlməyə yol tapmır. 
Bu adamın hətta Sabirabad rayonunda heyvandarlıq fermaları, qoyun sürüləri var. 
Rəcəb Babaşov Qazaxın icra başçısı olduqdan sonra yerli qurumları mərkəzdən köçürməyə başlayıb. Onların inzibati binalarını isə müxtəlif iş adamlarına satır. 
Yuxarıda qeyd etdik ki, bu adamın sevimli ifadəsi “əxlaqsız qadın”dır. Hətta hərbçinin bacısına dediyi bu sözə görə, möhkəm döyülüb. 
İndi isə  bu adamın  mülklərini xırda bir siyahısına nəzər salaq: 
-Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat,
– Bayıldakı Aran restoranı, Aran kafesi
– və “077-lər” adlı avtoyuması,
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı,
– əlavə olaraq Bakıda 4 evi,
– o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi,
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili
Hörmətli Rəcəb Babaşov, bu camaatın və saytların sənin haqqında verdikləri məkumatlar idi, indi buyur növbə sənindir, münasibətini bildir biz də dərc edək. Yazıda adı çəkilən hər bir şəxsə cavab haqqı tanıyırıq.
P.S. Növbəti yazıda Rəcəb Babaşovun Sabirabaddakı əlaltıları, vəzifədəki  qohumları, şəbəkəsi  və biznesi barədə yazı dərc edəcəyik, bizi izləyin. 
/Gundelik-baku.com/


Oxşar xəbərlər