“Sarbonna”nı bitirən İnam Kərimovun “kartof, kələm siyasəti”... - Kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahəni fəlakətə aparır...
26-01-2022, 11:00
1 549

“Sarbonna”nı bitirən İnam Kərimovun “kartof, kələm siyasəti”... - Kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahəni fəlakətə aparır...

İnam Kərimov  bilərəkdən  aqrar sahəni zəiflədir, ölkədə bahalaşma və əhalidə ciddi narazılıq yaradır...

İnam Kərimova  Əli İnsanovlar “dərs keçir”, təlimatlandırır...


Deməli, istənilən dövlət üçün əhalinin kütləvi  narazlığı  CİDDİ SİQNALDIR. 
Bu bütün zamanlarda, hətta orta əsrlərdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq...
Əhali nə vaxt narazı ola bilər ?
Ancaq qiymət artanda, əhali dolanmağa çətinlik çəkəndə. 
Görəsən, bu adi həqiqətləri Fransanın Sarbonna universitetini bitirmiş, kənd təsərrüfatı nazirimiz İnam Kərimov bilmir ? 
Lap loru dildə deyək ki, bəlkə, cənab nazir İnam Kərimov başa düşsün. 
Cənab İnam Kərimov, dövlət yüz milyonlarla pulu, güzəştli kreditləri fermerlərə, aqrar sahədə çalışanlara ayırır ki, məhsul bolluğu yaransın, yəni qiymətlər qalxmasın, nəticədə insanlar dövlətdən narazı olmasın. 
Bu siyasətin ƏLİFBASIDIR, cənab İnam Kərimov. 
Çünki əhalini kütləvi narazı salmaq olmaz. 
Müdriklər boş yerə demir ki,  AC QILINCA ÇAPAR...
Bəli, neçə illərdir ki, dövlətin aqrar sahəyə ayrıdığı  yüz milyonları  sələflərin olan nazirlər İsmət Abasov, Heydər Əsədov basıb yeyiblər.
Biraz da  fikrimizi genişləndirək. 
Dövlət niyə 100 milyonları  subsidiya kimi  fermerlərə verir ?
Məgər dövlətin fermerlərin  dədəsinə borcu var ?
Dövlət niyə gübrəni, kənd təsərrüfatı avadanlıqlarını, traktoru, kombaynı  güzəştli, AQROLİZİNQ  qaydada  fermerə verir ? 
Məqsəd odur ki, ölkədə QİDA MƏHSULLARININ, ƏRZAĞIN BOLLUĞU YARANSIN. 
Bu siyasətdə  adi aksiomadır. 
Sən bunları da başa düşmürsənmi, cənab İnam Kərimov ? 
Sənin keçmiş müavinlərin dövlətin fermerlərə ayırdığı  subsidiyaları basıb yeyib və...
Bu gün  ölkədə ciddi şəkildə ərzaq qıtlığı var. Və nəticədə qiymətlər bahalaşır. 
Biz nə üçün kartofu, kələmi, soğanı, buğdanı  xarici ölkələrdən idxal etməliyik ? 
Cənab İnam Kərimov, sənin bu suallara cavabını bir neçə gün əvvəl mətbuatda oxuyanda, düşündüm ki, sən Sarbonna universitetini deyil ee, heç Somalini də bitirməmisən. 
Cənab nazir, sən deyirsən ki...
Pakistanda kartof istehsalının azalması  Azərbaycan bazarında kartofun qiymətinin qalxmasına səbəb olub...
Cənab İnam Kərimov, Pakistanda kartof istehsalının azalmasının sənə nə dəxli var ? 
Cənab İnam Kərimov, sən deyirsən ki, qonşu İranda kələm istehsalı azalıb deyə, bizdə qiymətlər qalxıb...
Cənab nazir, sənin dediklərin hətta ibtidai sinif şagirdinin düşüncəsinə uyğun deyil...Başa düşürsənmi..? 
Son vaxtlar ölkədə  qida məhsullarının, ərzağın qiyməti xeyli qalxıb. Niyə  ? 
Çünki istehsal azalıb. 
Bəs 4 ildir sən nə ilə məşğulsan, cənab İnam Kərimov ?
Cənab Prezident  sənin kimi gənclərə etimad göstərdi ki, gəlib ciddi islahatlar aparasınız...
Sən isə, 70 ildə aqrar sahədə yaranmış  güclü KADR KORPUSUNU MƏHV EDƏRƏK, dostlarını, aşnalarını, qohum-əqrəbanı  Kənd Təsərrüfatı Nazirliyinə doldurdun. 
Cənab İnam Kərimov, bilirsənmi aqrar sahə üzrə ekspertlər, səni cahil adlandırır, sənin açıqlamaların ANEKDOTA çevrilib. 
Çünki bu sahədən sənin  anlayışın yoxdur. 
Elə bilirsən, ayağına sapoq geyməklə, quzu ilə şəkil çəkdirməklə nazir olmaq olar ?
Cənab İnam Kərimov, sən özünlə  ASAN XİDMƏTdə çalışanları  aqrar sahəyə doldurursan.
Adam, ASAN xidmət bambaşqa sahədir, sən ya nə etdiyini bilmirsən, ya da Əli İnsanov kimilər səni əməlli-başlı təlimatlandırır.  
Sən regionşünas dostun  Seymur Mövlayevi  gah  “Aqrolizinq”ə rəhbər qoyursan,  sonra oradan çıxardıb, Aqrar Xidmətlər Agentliyinə  direktor qoyursan...sonra da...
İndi də bəlli olub ki, nazir İnam Kərimov  müəllim dostu Mövlayevi  Aqrar Kreditin rəhbəri qoyub. 
Bir neçə il əvvəl manata  güllə atan  Seymur Mövlayev  milyonçuya çevrilib, eyş-işrət məclislərində pullar xərcləyir...
Bu pullar  haradandır, cənab nazir ? 
Seymur Mövlayevin mindiyi  10 AC 003 Toyota Camry  avtomobili hansı quruma məxsusdur ? 
P.S. Deyəsən, özün öz fərmanını hazırlayırsan ha, İnam Kərimov. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər