Əhmədli kəndinin sakinləri ekologiya naziri Muxtar Babayevdən kömək istəyir… -“Bakcell” mobil operatorunun stansiyası az qala evimizin içində quraşdırılıb…
26-01-2022, 15:52
7 171

Əhmədli kəndinin sakinləri ekologiya naziri Muxtar Babayevdən kömək istəyir… -“Bakcell” mobil operatorunun stansiyası az qala evimizin içində quraşdırılıb…

Stansiya uşaqlarda və yaşlılarda  ciddi xəstəliklərə səbəb olur…


Mobil operatorların günümüzün reallığı olduğu heç kimə sirr deyil. Az qala ən ucqar dağ kəndlərində mobil operatorların stansiyaları quraşdırılıb və sakinlər operatorların xidmətindən istifadə edirlər.
Amma  bütün dünyada  bu stansiyalar əhalinin sıx olmadığı və müəyyən normalara cavab verən məkanlarda quraşdırılır. Çünki mobil operatorlara məxsus baza stansiyalarının insanların səhhətinə və sağlamlığına  ciddi mənfi təsiri tibb elmi tərəfindən çoxdan sübut olunub. Bu stansiyaların yaratdığı elektromanit  sahəsi, radiasiya şüaları insanlarda onkoloji, nevroloji, allergik və digər  xəstəliklərə səbəb olur. 
Məhz  bu fəsadlardan qaçmaq üçün stansiyalar  xüsusi yerlərdə quraşdırılır. 
Bizdə isə  az  qala evimizin içində, həyətimizdə, insanların sıx məskunlaşdığı ərazilərdə quraşdırılır.  Bu isə sakinlər arasında haqlı narazılığa  səbəb olur. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, Gündəlik-Bakı olaraq bizim nə Bakcell, nə də digər mobil operatorlarla heç bir problemimiz yoxdur. Ancaq insanları fəlakətə də atmaq olmaz. Onsuz da bu gün pandemiya, koronavirus kimi xəstəliklər insanları böyük təhlükə qarşısında qoyub. Bir yandan da mobil operatorların  stansiyaları ciddi problem yaradır.  Və təəssüf ki, vətəndaşlarımızın  buna görə müraciət etdiyi dövlət qurumları heç bir tədbir görmür, hətta gəlib sadəcə monitorinq də aparmırlar. 
Bu gün Gündəlik-Bakıya daxil olan və  17 sakinin imzaladığı şikayət ərizəsi də  bu problemlə bağlıdır. 
Bakının bir çox kəndlərində sakinlər bu problemlə üz-üzə qalır. Kimsə öz ərazisni mobil stansiya tikmək üçün 400-500 manata mobil şəbəkəyə icarəyə verə bilər. Ancaq bu o demək deyil ki, həmin ərazidə mobil stansiya tikmək olar. Bir ailə 500 manat qazanacaq, 100-lərlə ailə isə əlacsız xəstəliyə düçar olacaq. 
Ümumiyyətlə, bu məsələ Səhiyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli bələdiyyələrin ciddi nəzarətində olmalıdır. 
Bütün bunları nəzərə alaraq Əhmədli kənd sakinlərinin redaksiyamıza daxil olan şikayət ərizəsini olduğu kimi dərc edirik.  
Azərbaycan  Respublikası Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə, 
Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, 
Balaxan Süleymanov küçəsi ünvanında yaşayan
Ağaquliyev Gündüz Çingiz oğlu və digər sakinlər tərəfindən 

               Şikayət  ərizəsi  

Hörmətli cənab nazir ! 
Biz aşağıda imza edənlər, yazıb Sizə  bildiririk ki, artıq 6 ildir ki, bizim yaşadığımız küçə ilə kəsişmədə yerləşən Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Seyid Mirsəmədağa küçəsi, ev 33 ünvanında  bilavasitə bir neçə ailənin sıx yaşadığı  kiçik həyətdə  iri həcmli mobil baza stansiyası quraşdırılıb və aktiv iş rejimindədir. 
Stansiyanın yaratdığı  elektromantiq sahənin, eləcə də vibrasiya  və səs-küyün ərazidə  yaşayanların sağlamlığına mənfi təsiri faktiki olaraq hiss edilməkdədir. 
Ətrafda yaşayan insanlarda, xüsusilə də yaşlılar və uşaqlar arasında  nevroloji, allergik və digər xəstəliklər artmaqdadır. 
Digər tərəfdən  bu qurğu  nəhəng  cərəyan bloku olaraq yanğın təhlükəsi  yaradır. 
Müvafiq qurumlara stansiyanın götürülməsi üçün  dəfələrlə müraciət etsək də nəticəsi olmayıb. Stansiya yerləşən  əraziyə  əyani olaraq heç bir baxış  keçirilmədən, komissiya göndərilmədən rədd  cavabı almışıq. Halbuki problemlə yerində tanış olsanız, bizim düşdüyümüz təhlükəli vəziyyətin  bilavasitə  şahidi olarsınız. 
Bu səbəbdən Sizdən xahiş edirik ki, mobil baza  stansiyasının yerləşdiyi  məkanı monitorinq  edib, onun digər ünvana köçürülməsini təmin edəsiniz. 
Hörmətlə, 
 Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Balaxan Süleymanov və Seyid Mirsəmədağa küçəsinin sakinləri:
1.Ağa-Quliyeva İrada Şahmurad qızı – AZE N 5707201
2.Ağaquliyev Gündüz Çingiz oğlu –AZE N 14648482
3.Fərzəliyev Teymur Balobba oğlu –AZE N 07907242
4.Fərzəliyeva Vüsalə Elman qızı – AZE N 18551028
5.Məmmədova Almaz Yusif qızı – AZE N 04133690
6. Quliyeva Fatimə Faiq qızı - AZE N 16225564
7. Quliyeva Sevda Ysif qızı - AZE N 09740015
8. Allahverdiyeva Mədinə Tofiq qızı - AZE N 8102221
9. İbrahimli Nəsimi Babaxan oğlu - AZE N 7403150
10. İbrahimli GülzarÇingiz qızı - AZE N 8109301
11. Allahverdiyev Mehdi Zülqədər oğlu - AZE N 16477272
12. Məmmədov Vüqar Ağaşir oğli - AZE N 15597357
13. Həsənov Cavid Yaşar oğlu - AZE N 13447973
14. Həsənova Ruhiyyə xanım - AZE N 02315681
15. Babayeva Yevqeniya Vladimirovna - AZE N 02042481
16. Bağırova Leyla Musa qızı - AZE 08963631
17. Cavadov İlham Məlik oğlu - AZE 6602026

P.S Hörmətli cavabdehlər, pul xatirinə, hansısa hörmət xatirinə əyriliyə, dələduzluğa kimlər gedirsə Azərbaycanın çörəyi ona haram olsun. Yazıda adı çəkilən hər bir şəxsə cavab haqqı tanıyırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər