Saatlı sakini 7 aydır problem içindədir... - GİLEY
21-11-2020, 10:32
167

Saatlı sakini 7 aydır problem içindədir... - GİLEY

 Saatlı rayon, Qıraqlı kəndində yaşayan Rəsul Soltanağa oğlu Mustafayev rayonda şadlıq saraylarından birində videooperator işləyib.

DİA.AZ xəbər verir ki, məlum pandemiya səbəbi ilə əlaqədar, şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Rəsul Mustafayev yeddi aydır işsiz qalıb.

O, dəfələrlə Saatlı rayon Məşğulluq İdarəsinə bu barədə məlumat versə də, işsiz qaldığı bu müddət ərzində heç bir kompensasiya almadığından şikayətlənir. Narazı vətəndaş yerli icra orqanlarının da onun durumuna və şikayətinə biganə qaldığını deyir.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

Oxşar xəbərlər