Beyləqanda 89 000 min manat pul oğurlandığı iddia edilən “Mandarin LTD” MMC vergidən yayınmaqda ittiham olunur – İLGİNC
23-12-2020, 13:51
272

Beyləqanda 89 000 min manat pul oğurlandığı iddia edilən “Mandarin LTD” MMC vergidən yayınmaqda ittiham olunur – İLGİNC

Bir neçə gün əvvəl Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Mandarin LTD” MMC-nin kassasından 89 000 manat məbləğində pul vəsaitinin oğurlandığı barədə məlumatları sizinlə bölüşmüşdük.

Əslində mən də bu xəbərə saytlarda rast gəlmişdim.Və həmin oğurluq olayı diqqətimi çox çəkmişdir. Bu hadısədə mənim üçün bir çox qaranlıq məqamlar var idi. Hələ də var. Elə bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün kiçicik bir araşdırma aparmışdım. Və həmin araşdırmalarım zamanı məlum olmuşdur ki, “Mandarin LTD” MMC – nin (Mandarin Super Marketlər şəbəkəsinin) sahibi Seymur Kərimov Beyləqan rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edərək sahibi olduğu “Mandarin LTD” MMC – nin (Mandarin Super Marketlər şəbəkəsinin) kassasından 89 000 min manat pulun oğurlandığını bildirmişdir.

Beyləqan rayon polis şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində kassadan oğurluq edən 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı oğurluqda şübhəli bilinərək saxlanılmışlar. Dindirilmə zamanı “Mandarin LTD” MMC – nin əməkdaşı kimi fəaliyyət göstərən Vaqif Pənahlının pulu oğurlayaraq İlkin Nərimanova verməsi müəyyən edilib.

İ. Nərimanovun yaşadığı ünvana baxış keçirilən zaman döşəmənin altında sellofan paketdə gizlətdiyi, məbləğin bir qismi – 41 000 manat və 1680 ABŞ dolları maddi sübut kimi götürülüb. Bəli, düz başa düşdünüz, 41 000 manat və 1680 ABŞ dolları. Bəs yaxşı, digər pullar hanı? Axı “zərərçəkən” şəxs ərizəsində 89 000 min manat oğurlandığını yazır.

Əziz oxucular, əgər xatırlayırsınızsa ötən günlərdə məhz bu qaranlıq məqama aydınlıq gətirmişdim. Ötən yazımda qeyd etmişdim ki, necə ola bilər ki, “Mandarin” Super Marketlər şəbəkəsində gün ərzində bu qədər alver olsun. Həqiqətən də bu inandırıcı deyil. Ümumiyyətlə belə götürsək, Bakı şəhərinin ən “xodovoy” yerində belə gün ərzində 89 000 min manat alverin getməsi qeyri-mümkünsüzdür. Bəs necə oldu ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən Mandarin Super Marketlər şəbəkəsində gün ərzində bu qədər alış-veriş olur.

Əlbəttə ki, bu mənim öz ilkin qənaətim idi. Və düz də qənaət idi. Məhz bununla bağlı balaca bir status yazdım. Çox çəkmədi ki, yazdığım statusla bağlı qarşı tərəfin nümayəndələrindən biri qarşılıq verdi və yazdı ki, kassada olan və oğurlandığı iddia edilən pul “Mandarin LTD” MMC – nin gün ərzində əldə etdiyi gəlir deyil. Həmin pullar “Mandarin LTD” MMC ticarət şəbəkəsinə daxil olan və ayrı-ayrı rayonlarda fəaliyyət göstərən filiallar tərəfindən daxil olmuş pullardır. Yenə də şübhələr, şübhələr, şübhələr…

Məhz elə bu şübhələrə rəğmən məndə maraq yarandı ki, bu işi vəcehinə yetim. Başladım, bu işi çözməyə. Apardığım jurnalist araşdırmalarından dolayı əldə etdiym bilgilərə əsasən öyrəndim ki, “Mandarin LTD” MMC – nin kassasında 89 000 min manat yox, 41 000 min manat pul olub. Onu da polis qəpiyinə qədər tapıb, ortaya çıxardıb. Məlum olub ki, adları çəkilən şübhəli şəxslərdən biri olan V. Pənahlı məhz həmin 41 000 min manat pulu götürüb, vəssalam. Bu məsələnin bir tərəfi. İkinci tərəfi şu ki,oğurluq olan gün kassaya mədaxil, 666 manat, deyək 670 manat, məxaric isə 1700 manat olub.

Belə olan halda isə ortaya haqlı bir sual çıxır. Doğrudanda, kassadan 89000 min manat pul oğurlanıbsa, bu pul kassada necə saxlanılıb? Bu pullar “Mandarin LTD” MMC ticarət şəbəkəsinə daxil olan və ayrı ayrı rayonlarda fəaliyyət göstərən filiallara məxsus olan pullar olsa da belə? Niyə həmin pullar hesabdan hesaba köçürülməyib? Niyə məhz bir kassada çəmlənib, saxlanıb? Qənaətimcə, bu pullar vergidən gizlədilmiş, “nalişni” pullardır.

Başqa bir məsələylə bağlı əldə etdiyim əsas məlumatlardan biridə odur ki, oğurlanmış pulda şűbhəli bilinən Vaqif Pənahlı “Mandarin LTD” MMC ticarət şəbəkəsinə daxil olan və Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən “Mebel Ticarət” mağazasının rəhbəridir. Burdanda belə qənaət hasil olur ki, V. Pənahlı “Mandarin LTD” MMC ticarət şəbəkəsinə daxil olan “Mebel Ticarət” mağazasının rəhbəridirsə, deməli onlarla şərikli biznes sahibidir. Burda hər hansı bir oğurluqdan söhbət gedə bilməz. Ola bilsində ki, Vaqif Pənahlı özünə çatan hesabı (pulu) götürüb. Sadəcə olaraq “Mandarin LTD” MMC – nin sahibi onun hərəkətlərini oğurluq kimi hesab edib və barəsində polisə şikayət verib. Daha fikirləşməyib ki, bunla o daha çox özünü zərbə altında qoyacaq. Necə ki, qoyubda. Vay o günə ki, vergi orqanı bu istiqamətdə yoxlamalara başlaya. Onda vəziyyət fikirləşdiyimizdən daha ağır olacaq. Necə ki, “əri döymüş arvadı, itdə tutdu bir tərəfdən” məsəlindəki kimi.

Əldə etdiyim səhih bilgilərdə o da qeyd olunur ki, V. Pənahlı sahibkar kimi Seymur Kərimovla şərikli biznesə sahib olmasına, eyni statusa malik olmasına baxmayaraq, ancaq ki, onu “Mandarin LTD” MMC ticarət şəbəkəsində fəhlə kimi işlədirmişlər. Etimal var ki, bu səbəbdən də S. Kərimovla arasında soyuqluq yaranıb və bu soyuqluq aralarında ciddi narazılığa zəmin yaradıb. Bu da olduqca ciddi bir məsələdir.

Bu zərurətdən dolayı da, etimal olunur ki, ticarət şəbəksinin üzvü olan sahibkarın “Mandarin LTD” MMC-nin kassasından pulu bu formada gőtűrməsi, onlar arasında olan pul hesablaşmalarının olmasından doğan hadisədir.

Hətta mən ötən günkü yazımda da xüsusilə qeyd etmişdim ki, eyni zamanda da maliyyə qanununvericiliyinin tələblərinə gőrə toplanmış pul vəsaiti műəssisənin kassasında saxlanıla bilməz.

Həmin pul iş gününün sonunda müəssisənin Bank hesabına kőçűrűlməli, yada ki kreditor hesablaşmalar űzrə malverən şirkətin hesabına kőçűrűlməlidir. Köçürülməyibsə, deməli ortada vergidən yayınma halları, yəni vergi cinayətinin olması mütləqdir. Belə çıxır ki, vergi hesablaşmaları, çöldən-çölə aparılır.

Kassada bu məbləğdə sərbəst pulun qalması o deməkdir ki, vergidən yayınma hallarına əsaslı şübhələr var. Çox ehtimal ki, həmin ticarət şəbəkələri arasında mal dővriyyəsinin də həqiqətini əks etdirmir.

Bu günləri isə qeyd olunan hadisəylə bağlı daha bir ilginc informasiya əldə etmişik. Verilən həmin informasiyalarda vurğulanır ki, məlum olay medianın gündəminə çıxandan və ictimailəşəndən sonar məsələ daha da qəlizləşib. Məsələn, deyək ki, əvvəllər bu işi öhdəsinə götürüb “aşıracağını” söz verən var idisə, artıq indi o da yoxdur. Səbəb isə məsələnin ictimailəşməsi, yəni medianın qaranlıq məqamları aydınlatmasıdır. Məhz bu üzdən də işi düyünə düşən “Mandarin LTD” MMC – nin sahibi Seymur Kərimov işini aşıracaq, düyününü çözəcək adamlar axtarır. Verilən bilgilərə görə S. Kərimov bu işdən (qanunsuz sahibkarlıq fəaliyyətindən) asanlıqla sıyrılacaq yollara, qapılara baş vurur. Hətta bildirilir ki, onun döymədiyi qapı, qəbuluna yazılmadığı yüksək rütbəli məmurlar qalmayıb. Ancaq nə döydüyü qapını üzünə açan var, nə də qəbul edib dinləmək istəyən bir yüksək rütbəli rəis. Ancaq deyəsən yüksək rütbəli rəis tapmasada, yüksək rütbəli prokuror tapıb.

Məlumatlarda bildirilir ki, “Mandarin LTD” MMC – nin sahibi Seymur Kərimov yaxın adamlarının vasitəçiliyi ilə Beyləqan rayon Prokuroruna “xod” edib. Hətta, onun “yaxın” adamları dünən üçün prokurorun qəbulunda olublar. İntahası… İntahası odur ki, dəqiq bilmərik ki, prokuror onları qəbul edib, ya yox. Dəqiq bildiyimiz bir məsələ var ki, Seymur Kərimov prokurorun qapısına adam göndərib ki, qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı məsələni açıb ağartmasın. Nə gördüsə, gözünü yumub keçsin. Belə çıxır ki, Seymur Kərimov prokurora “nə gördünsə gözünü yum keç”, bu xahiş də olsa belə, bu o deməkdir ki, Prokuror sən kor ol. Heç nəyi görmə. Məsələn, “Mandarin LTD” MMC – nin maliyyə təsərrüfat fəaliyyətini, marketin ərazini və daxilini nəzarətdə saxlayan kamera (bunları əks etdirən yaddaş qurğularını) görüntülərini və.s. və ilaxır bir sıra zidd hərəkətləri ehtiva edən sübutları görmə.

Təbii ki, biz inanırıq ki, aparılan istintaq zamanı müstəntiq ədalətin bərqərar olması üçün gərəkən işləri görəcək, qanunsuz sahibkarlıq fəaliyyətini, vergidən yayınma hallarını aşkarladığı halda qərar qəbul edərək aidiyyəti üzrə səlahiyyətli ünvana göndərəcəkdir.

P.S. 8 saylı Ərazi Vergilər İdarəsi nə düşünür, görəsən? Gözü qarşısında bu qədər hoqqa çıxarılır, bunu görmür? Maraqlanırmı ki, “Mandarin LTD” MMC – nin kassasında 89 000 min manat pul nəyin puludur və niyə o kassada qalıb? Maraqlanıbmi ki, hesablaşmalar gün ərzində bank hesabına, yada ki kreditor hesablaşmalar űzrə malverən şirkətin hesabına kőçűrűlməli olduğu halda bu pullar niyı, hansı səbəb köçürülməyib?

RealMedia.az

Oxşar xəbərlər