Bəhram Bağırzadənin səhhəti ilə bağlı xanımından açıqlama
22-06-2020, 15:00
474

Bəhram Bağırzadənin səhhəti ilə bağlı xanımından açıqlama

Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə onun səhhətindəki son vəziyyət haqqında danışıb.

Bakitv.az bildirir ki, Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında Bəhram Bağırzadənin səhhətində yaxşı olmadığını deyib: "Səhhəti yaxşı deyil, ağırdır, stabildir. Heç bir irəliləyiş yoxdur. Sadəcə gözləyirik".

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. Onun ağciyər toxumasının 90%-dən çoxu zədələndiyi üçün ECMO cihazına qoşublar.

Oxşar xəbərlər