Azərbaycanda büdcə qaydasının tətbiqi yanvara qədər təxirə salınır
7-08-2020, 18:29
166

Azərbaycanda büdcə qaydasının tətbiqi yanvara qədər təxirə salınır

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Bakitv.az xəbər verir ki, dəyişikliyə əsasən, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş büdcə qaydasının tətbiqi qaydası 2022-ci il yanvarın 1-nə qədər dayandırılır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar xəbərlər