"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
12-03-2021, 11:08
242

"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?

“Access Bank”ın yığılmış zərəri bankın vəziyyətini ağırlaşdırır.

Valyuta.Az bankın göstəricilərinə istinadən xəbər verir ki, “Access Bank”ın yığılmış zərəri 164 milyon 888 min manat olub. Bankın hesbatına görə “Access Bank” 2020-ci ilin son rübündə 2 milyon 621 min manat xalis mənfəət əldə etsə də bu rəqəm bankın dərdinə əlac etmir. Çünki, bankın bölüşdürülməmiş mənfəəti -169 milyon 239 min manata bərabər olub. Əldə olunan xalis mənfəət isə bölüşdürülməmiş mənfəətin müsbətə doğru dəyişməsində 1.5% paya sahibdir.
Cədvəldən də göründüyü kimi bankın yığılmış zərəri 1 il ərzində 4 milyon 688 min manat və ya 2.8% azalıb. Belə görünür ki, bankın ən böyük səhmdarları olan “Asiya İnkişa Bankı” (19.90%), “Avropa İnvestisiya Bank”ı (17.4%) və Dünya Bankının törəmə təşkilatı olan BMK (16.56%) aralarında pul yığıb “Access Bank”a dəstək olmalıdırlar. Əks halda yığılmış zərər bankın maliyyə vəziyyətini daha da ağırlaşdıracaq.
Hazırda “Access Bank”ın bölüşdürülməmiş mənfəətlə bərabər bankın 334 milyon 127 min manata ehtiyyacı var. Buna görə də bank əvvəlcə xalis mənfəətini artıraraq bölüşdürülməmiş mənfəətini müsbətə dəyişməli, daha sonra isə səhmdarların toplantısında əldə olunan mənfəəti yığılmış zərərə yönəltməlidir.

Oxşar xəbərlər