Banklar bugünkü valyuta hərracında 58,9 mln. dollar cəlb edib
18-08-2020, 14:35
225

Banklar bugünkü valyuta hərracında 58,9 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 58,9 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 0,7% və ya 0,4 mln. dollar azalıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Oxşar xəbərlər