Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı azalıb
15-04-2020, 08:47
270

Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı azalıb

2020-ci ilin martında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin martı ilə müqayisədə 11 faiz azalıb.
Bunu Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.
Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 3,466 min ton sitrus meyvəsi ixrac edib.
Bu, Türkiyənin ümumi sitrus ixracının 3 faizini təşkil edir.
Mart ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 1,3513 milyon dollara bərabər olub. Bu, 2019-cu ilin martı ilə müqayisədə 4 faiz azdır.

Oxşar xəbərlər