Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu
17-02-2021, 14:51
310

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu

Fevralın 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
İki ölkənin XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixində Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Oxşar xəbərlər