Fransalı səfirdən Qarabağa dair birmənalı mövqe
4-12-2020, 11:26
335

Fransalı səfirdən Qarabağa dair birmənalı mövqe

"Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır".
Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Twitter" hesabında yazıb.
"Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır", - deyə səfir bildirib.
Qeyd edək ki, Fransa Senatı, onun ardınca isə Fransa Milli Məclisi “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruriliyinə dair” qətnamə qəbul edib.

Oxşar xəbərlər