SON DƏQİQƏ

www.bakitv.az

"Otur aşağı...səndən general olmaz" cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO

"Otur aşağı...səndən general olmaz" cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO
12-08-2020, 03:27 19 dəfə baxılıb

İllər öncə Sovet İttifaqi  Qəhrəmanı, general-mayor Həzi Aslanov haqqında  bir rus generalının dediklərini heç vaxt unutmuram. Qoca rus generalı deyirdi ki, Hərbi Akademiyada oxuyarkən  Həzi Aslanovun məruzə zamanı eşitdiyim əzəmətli səsini 50 ildir unuda bilmirəm. Dastanlarımızda əbəs yerə demirlər ki, Koroğlu nərə çəkdi. Bəli, qəhrəmanların, generalların, sərkərdələrin səsi də əzəmətli olmalıdır. Bir müdrik dostumuz da deyirdi ki, qaranlıqda 2 hərbçi gəlsə hansının general, hansının sıravi olduğunu deyəbilərəm, çünki generalın qaməti, yerişi qaranlıqda da aydın görünür. Bütün bunları nə üçün yazıram ? Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları bir qrup yüksək çinli hərbçiləri, generalları qəbul edərkən ürəyimcə olmayan bir məqam oldu. Hərbçilər növbə ilə ad və soyadlarını deyərək cənab Ali Baş Komandanı salamlayır  və keçirdilər. Növbə general-mayor  Xəqani Cəbrayılova çatanda ... Bəli, general  nazik-cır  səslə  salam verdi  və ən dəhşətlisi odur ki, adını və soyadını səhv salaraq Xəqaniyev Cəbrayil...Cəbrayıl Xəqaniyev deyərək halımi qarışdırdı. Sözün düzü,  generalın bu salamı, duruşu, səsi məni çox məyus etdi. Rəsmi tədbirdə özünü itirən, çaş-baş qalan, ad ilə soyadını qarışdıran ( yaxşı ki atasının adını demədi ) generalın döyüş meydanında, tankların, raketlərin nəriltisi altında  özünü necə aparacağı gözümün önünə gəldi. Və yadıma bir məqam düşdü. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev cənabları güc nazirlərini  qaldırıb sorğu-sual edirdi. Növbə Milli Təhlükəsizlik Naziri  general Fəxrəddin Təhməzova çatanda  cənab nazirin dili-dodağı dolaşdı, özünü itirdi... Cənab Heydər Əliyev sərt  şəkildə ona  " Otur aşağı..səndən general olmaz.. " dedi. Qoy nəticəni cənab Xəqani Cəbrayılov özü çıxartsın. Və gözünün önünə sıravi əsgərin üsrünə bağırmasını gətirsin. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ