ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı
15-02-2022, 13:27
1 472

ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

ABŞ Belarusda olan vətəndaşlarını ölkəni tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb.

Bu barədə məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.

"Rusiyanın Ukrayna ilə sərhəddə qeyri-adi və narahatedici hərbi fəaliyyətinin artması səbəbindən Belarusda olan və ya Belarusa səfər etməyi planlaşdıran ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu və bölgədə yüksək gərginliyin müşahidə edildiyini bilməlidirlər”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, konkret olaraq xarici vətəndaşlara qarşı yönələn təqib və yaxud saxlanılma,  koronavirusa yoluxma ehtimalı və digər səbəblərə görə amerikalıların Belarusda olması təhlükəlidir: "Belarusda olan ABŞ vətəndaşları dərhal kommersiya və yaxud şəxsi nəqliyyatla ölkəni tərk etməlidirlər”.

Oxşar xəbərlər