KRİSTAL ABŞERONUN ŞEFİ MƏHAYƏT NƏBİYEVİN HƏBSİ AN MƏSƏLƏSİDİR...- Məhkəmə sədri Elçin Kazımov Nəbiyevin biznes ortağıdır ?
9-06-2021, 18:42
17

KRİSTAL ABŞERONUN ŞEFİ MƏHAYƏT NƏBİYEVİN HƏBSİ AN MƏSƏLƏSİDİR...- Məhkəmə sədri Elçin Kazımov Nəbiyevin biznes ortağıdır ?

Unutmayın,  Azərbaycan Böyük Dayaqdır, ey Yastı Salmanlar...  

“Rejissor”un sənə verdiyi rolu Məhayətlə  oynayırsan haa, Yastı Salman 

ÜNVAN-la Adresi  səhv salma Elçin Kazımov, Salman Əliyev 

Bu yazını  çox-çox uzaqdan başlamaq istəyirik. Niyəsini birazdan biləcəksiniz. 
Bizim irili-xırdalı yazılarımızın kökündə, nüvəsində, mayasında DÖVLƏT, DÖVLƏTÇİLİK məsələsi var. Bəlkə kimlərəsə bu sözlər pafos kimi gələ bilər. Amma tam məsuliyyətlə qeyd edirik ki, məqsədimiz budur. Yoxsa, bizim Məhayətlə, hansısa Nəhayətlə, ya da Ağalarla, yaxud məşhur filmdə olan “Yastı Salmanla”  nə işimiz var.  
Yastı Salman yadınıza düşdü ? 
Məşhur “Böyük  dayaq”  filmindəki Yastı Salman. Bu gün vəzifə sahiblərinin çoxu əsl Yastı Salmandır. Portretin arxasında gizlənib, üzə gülən, amma arxada  DÖVLƏT  əmlakını dağıdan, ÖLKƏ  BAŞÇISI-nın  ayağının altını qazan, məqam gözləyən, kimlərinsə ÜNVANINI  axtaran   Yastı Salman. 
Eyy, Elçinlər, Salmanlar, sizə deyirəm ki, ÜNVAN  məsələsi çox-çox ağır məsələdir. 
Məlumat üçün qeyd edək ki, söhbət Abşeron rayon məhkəməsinin sədri  Elçin Kazımovdan və “Kristal Abşeron”un   hüquqşünası  Əliyev Salman Cəfər oğlundan gedir. 
“Kristal Abşeron”  tikinti şirkətini tanımayan yoxdur. Mənzillərin vaxtında təhvil verilməməsi, keyfiyyətsiz təmir, bağlanan kredit müqavilələrinin şərtlərinə əməl etməmək, böyük məbləğdə pulların  bank vasitəsilə deyil nağd, özü də DOLLAR-la ödənilməsi, yəni vergidən külli miqdarda yayınma, bir sözlə şirkətdə qanunsuzluqlar baş alıb gedir. 
Gundelik-baku.com isə bu problemlərdən yazır, cəmiyyətə, ölkə rəhbərinə çatdırır. 
Sən niyə “panos” olursan, ay Yastı Salman ?
Biz yazının girişində əbəs yerə demədik ki, bizim üçün öncə DÖVLƏT. 
“Kristal Abşeron” şirkətinin  de-fakto sahibinin millət vəkili Ağalar Vəliyev olduğu hamıya bəllidir. Söhbət uzun müddət “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışan, hazırda  “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri   Ağalar Vəliyevdən gedir. Deputatın  bizneslə məğşul olmasının cinayət olduğu kənd mollalarına da bəllidir. Amma  nə olsun...
İndi keçək şirkətin de-yure  sahibi, yəni şirkəti  “fırladan”  tovuzlu  Məhayət Nəbiyevə. Deməli şirkətin milyonları bu adamın əlindən gəlib keçir. Bütün şikayətlər də bundandır. Çünki pulları nağd  alan, müqavilələri imzalayan, dollarla mənzil satan  bu Məhayət Nəbiyevdir. 
Biz də bunun əməllərindən yazırıq ki, ölkə rəhbəri bilsin bunların çirkin əməllərini. Axı, Prezident İlham Əliyev dəfələrlər özü deyib ki, mən dürüst məlumatların çoxunu mətbuatdan alıram. 
Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, Gündəlik Bakı-nın Aynasında özünü əyri, o birisi yastı görən, Məhayət Nəbiyev Gündəlik Bakı-nın aynasını böhtan atmaq qərarına gəlib. Və özünə yastı Salmanı qazı, yəni hüquqşünas tutub. Başlayıblar Gündəlik Bakı-nın  ünvanını axtarmağa. Bunun üçün Abşeron rayon məhkəməsinin sədri  Elçin Kazımovdan  kömək istəyiblər. Deməli, Məhayət-Salman-Elçin    üçdüyü  axtarışa çıxıb. 
Adama deyərlər ki, məhkəmə sədri  indi də ünvan axtarmaqla məşğuldur, ay Elçin Kazımov ? 
Ünvan axtarmaq lazım olsa, sizin 5 il harada olmağınız məsələsi ortaya çıxacaq. Tələbə ola-ola hörmət etdiyimiz Fuad müəllimin yanında çalışmağın, sonra  Goranboyda, Lənkəranda, hazırda Abşeronda məhkəmə sədri olmağın, Allah qoymasa, Nərimanova məhkəmə sədri gəlmək sevdan  və s. Sizin işiniz yoxdurmu  Salmanın sifarişi ilə ünvan axtarırsan. Bu barədə Ədliyyə naziri hörmətli Fikrət müəllimə sorğu göndərərik ki, görək  Elçin Kazımov MAPS-da işləyir ? Həm də niyə tikinti-filan məsələsində hörmətli Fuad müəllimin adını hallandırırsan ? 
İndi isə keçək  “Kristal Abşeron”nun  hüquqşünası Salman Əliyevin məsələsinə. 
Əlbəttə, bizim hüquqi savadımız yetərincədir və bilirik ki, Salman Əliyev şirkətin hüquqşünası olaraq onu müdafiə etməlidir. Amma necə ? 
Bax, əsas  sual da budur. 
Bəli,  bilirik ki, Gündəlik Bakı-nın  yazdıqları, o cümlədən vətəndaşların şikayətləri  ölkə rəhbərliyi səviyyəsinə çatıb. Yaxın zamanda şirkətdə ciddi yoxlamalar olacağı, hətta Məhayət Nəbiyevin həbsi gözlənilir.
Guya Məhayət  içəridə yatan icra başçılarından, nazirlərdən  toxunulmazdır ? Qanun qarşısında hamı bərabərdir. 
Bəs onda  Salman  Əliyev  “Kristal Abşeron”u müdafiə etmək üçün  güc orqanlarından birinin adını tez-tez çəkir, guya şirkət onundur, kişidən ayıbdır deyir, hətta hədə-qorxu gəlir...
Bütün bunlar alınmayanda Abşeron məhkəməsinin sədri  Elçin Kazımova zəng edərək Gündəlik Bakı-nın ünvanının tapılmasını istəyir. Elçin Kazımov da əl-ayağa düşür, icra hakimiyyətinə zəng-filan.... bunlar dəqiq  bildiyimiz təfərrüatlar, detallardır. 
Keçək əsas mətləbə. 
Biz yazını DÖVLƏT-lə başladıq. Məqsədimiz DÖVLƏTİ və DÖVLƏTİ  TƏMSİL  EDƏN ŞƏXSİ qorumaqdır. 
Özünüzü hara, lap yüksək məqamlara bağlayın, dalınızı hara söykəyirsiniz söykəyin, lap göydəki buludlardan yapışın faydası yoxdur. 
Gündəlik Bakı  “Kristal Abşeronla” bağlı və digər ciddi  məsələləri Ali Rəhbərliyin nəzərinə çatdıracaqdır. 
İndi isə keçək ÜNVAN məsələsinə. 
Məhayət Nəbiyev, Elçin Kazımov, Salman Əliyev ! 
ÜNVAN çox-çox  ağır məsələdir, ÜNVANLA  ADRES-i səhv salmayın. 
ÜNVANIMIZA-a yaxın düşə bilməzsiniz. Amma sizin adresiniz Avropadan, qurbanların yanından gəlir. Biz fürsətcil deyilik, amma DÖVLƏTİMİZİN  dayaqlarından uzaq olun. /Gundelik-baku.com/

Oxşar xəbərlər