Vaqif Əsədov, Rəşid Piriyev və Nahid Bağırov kimilər DYP-yə şərikli “yol biznesi” kimi baxırlar ?- BŞDYPİ-nin ləğv olunacağı gözlənilir...
10-06-2021, 17:15
8

Vaqif Əsədov, Rəşid Piriyev və Nahid Bağırov kimilər DYP-yə şərikli “yol biznesi” kimi baxırlar ?- BŞDYPİ-nin ləğv olunacağı gözlənilir...

DAM  (Dövlət  Avtomobil  Müfəttişliyi ) DYP ( Dövlət Yol Polisi ) oldu nə dəyişdi ki…? 

Kəllə vuran Rəşadəti   qazi  Rəşidlə  əvəz etməklə  nəsə dəyişdimi ?

Rəşid Piriyev  general Ramiz Zeynalovun yerinə keçmək  eşqini 1 il təxirə  saldı ?



Əvvəl  adı  DAM ( Dövlət  Avtomobil  Müfəttişliyi ) idi, ancaq insaf naminə qeyd edək ki, hər yoldan keçəni  sözün məcazi mənasında damlamırdılar. Əlbəttə, biz keçmiş əyyamları (DAM  )  ideallaşdıracaq qədər sadəlövh deyilik. O dövrün özünün də problemləri, qanunsuzluqları var idi. Amma bu dərəcədə əndazəni aşmırdı. 
Ümumiyyətlə, söhbət yol hərəkətindən düşmüşkən, 40-50 il əvvəl yazılmış bir xatirəni yada salaq. Tanınmış göz cərrahlarından biri Yaponiyanın paytaxtı Tokiodan ( Bakımız onun yanında az qala qəsəbədir ) qayıdandan sonra yazmışdı ki, səhər şəhərə  bir  neçə milyon  avtomobil çıxır, amma  problem çox az olur. Göz  cərrahı səbəbini  belə  izah etmişdi: Birincisi yol hərəkət qaydalarına məsul olan polislərin məqsədi pul qazanmaq deyil, milyonluq axını ( potoku ) nizamlamaqdır, ikincisi, sürücülər az qala göz cərrahı kimi avtomobili incə və məharətlə idarə edirlər, çünki Yaponiyada sürücülük vəsiqəsi almaq asan deyil.Atalar demişkən, arifə bir işarədə  yetər. 
Nə isə əsas mövzudan yayınmayaq, kənara çıxan kimi adını dəyişib DYP  ( Dövlət Yol Polisi ) olan qurumun Nahid kimi əməkdaşları  başının üstünü Domokl qılıncı kimi kəsdirəcək. 
Ümumiyyətlə, yol polisi ilə bağlı məsələ hətta bir zamanlar Ulu Öndəri də əsəbləşdirdiyi də yaddaşlarda qalıb. 
Detallara varmadan qeyd edək ki,  yol polisi  heç olmasa ölkəmizə 1-2  günlük qonaq gələn əcnəbi  sürücülərlə nəzakətli davranmağı bacarmalıdırlar. Axı, yol polisinin  xırda bir hərəkəti ölkəmizin imicinə kölgə sala bilər. Yəni başa düşmək lazımdır ki, yol polisi  sadəcə əlindəki  zopanı qaldırıb-endirmək üçün deyil ee, çox ciddi məsələdir. Nə isə..
Çox yaxşı ki, cənab  nazir Vilayət Eyvazov bu problemləri dərindən bildiyi üçün Şəhər QAİ-sinin pis  “sima”sı olan, sürücülərə kəllə atan  Rəşadət Babayevi rəis müavinliyindən çıxardı. Baxmayaraq ki, arxasında bərk gedən deputat dayanırdı. 
Amma  yenə problemlər davam etdi. Və Yol polisi barəsində Azərbaycan mediasında  “Nuşirəvanın bayquşları” kimi  rüsvayçı məqalə yazıldı. Söhbət  Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin sabiq rəisi, polis polkovniki Nuşirəvan Səfərovdan gedir. Cənab nazir 2020-ci ildə onu da vəzifəsindən uzaqlaşdırdı və belə bir mühüm posta Rəşid Piriyevi təyin etdi. 
Bu hörmətli Vilayət Eyvazovun böyük etimadı idi. Təsəvvür edin ki, əyalət polisindən- Beyləqandan, Bakı Baş Polisinə təyinat. Daha nə istəyirsən, Adam ?
Deyirlər, qazisən, gözümüz üstə yerin var, amma iş gör, bu boyda şəhərin gecəsinə, gündüzünə cavabdehsən ee. 
İki ildir  “Bakının  hərəkətinə”  rəhbər təyin olunmusan. 
Cənab nazir Vilayət Eyvazova böyük etiramımız var. 
Ancaq cənab nazir, kəllə atan Rəşadətin yerinə qazi Rəşidi təyin etməklə problem həll olunmur.
Bakı şəhərində cərimə meydançaları artıq  biznes mərkəzinə çevrilib, çox gəlirli biznes sahəsidir. Bunun qarşısını almaq lazımdır.
Yoxsa, Nahid kimi  ( 99-YP-363 nömrəli ) yol polisləri , ümumiyyətlə, polis adına sərt olsa da ləkə salacaqlar. 
Cənab Rəşid Piriyev, sizin Nahid kimi əməkdaşlarınız yığdıqları “aylıq”ları  sizə çatdırır ?
Sualımıza cavab verin. 
Cənab Rəşid Piriyev, Nahid kimiləri başa salmırsan ki, xanım sürücülərlə məzələnmək olmaz. Xanım sürücüləri bezdirib telefon almaq dünyanın heç bir yerində yoxdur. Bu rəzalətdir ee. 
Cənab Rəşid Piriyev, deyirlər ki,əməkdaşlarınızın heç biri sizə hörmətlə yanaşmır, deyirlər aylığını veririk. 
Hətta deyilənlərə görə,bu gün sabah Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun yerinə keçəcəyini gözləyirdin. Amma eşqin baş tutmadl, cənab nazir Ramiz Zeynalova  1 il möhlət verdi. Hətta səhih məlumatlara görə, daşıdığın vəzifənin ləğv olunacağı, daha dəqiq desək, Bakı Şəhər Yol Polis İdarəsinin ləğv olunacağı da gözlənilir. 
Əslində, məntiqlə  Respublika DYPİ varsa, BŞDYPİ-ə nə ehtiyac var ? Bu qədər yol polisi əməkdaşına nə ehtiyac var ? 
Cənab Rəşid Piriyev, Nahid Bağırov və onun kimilərə kim(lər)  “krışalıq” edir ? 
İcazə verin, düşünək ki, siz  Rəşid Piriyev. 
Yaxşı  əgər  qurumda bu qədər problemlər varsa, bəs qurumun mediaya məsul olan şəxsi  Vaqif Əsədov nə işlə məşğuldur ? 
Bəli, Vaqif Əsədov üçün də  DYP  qazanc mənbəyidir.Vaqif Əsədov saytlardan yazı çıxartmaqla medianı bezdirib  .
Məqsədi nədir ?
Əlahəzrət məntiq deyir ki, Vaqif Əsədov, Rəşid Piriyev və Nahid Bağırov kimilər   DYP-yə biznes kimi baxırlar, yəni bu şəxsləri birləşdirən şərikli  “yol  biznesidir”. 
P.S. Vaqif  Əsədovun  daha bir işi Ramiz Zeynalovla bağlı mediaya  isti xəbərlər ötürməkdir ?
P.S.S. 1000 manat maaş alan YPX əməkdaşının milyonluq villası necə ola bilər ? Bu barədə növbəti yazıda... /Gundelik-baku.com/

Oxşar xəbərlər