Niyazi Bayramovun “GƏNCƏ XANLIĞI”- Niyazi Bayramov Prezidenti necə aldatdı…?
5-05-2022, 16:16
7 152

Niyazi Bayramovun “GƏNCƏ XANLIĞI”- Niyazi Bayramov Prezidenti necə aldatdı…?

Azərbaycana ən böyük təhlükə Şərqdən, Qərbdən deyil, bəzi milyonçu  məmurlardan gəlir…

Belə məmurlardan biri də Gəncənin icra başçısı Niyazi Bayramovdur…



Biz  Gündəlik-Bakı  olaraq dəfələrlə  Azərbaycana ən böyük təhlükə haradan gəlir  mövzusu ilə bağlı  fikirlərimizi bildirmişik...
Biri deyir Azərbaycana ən böyük təhlükə Şimaldan gəlir, o biri ekspert deyir ki, yox, Cənubdan gəlir, bir başqa HƏRŞEYŞÜNAS   deyir ki, guya Şərqdən gəlir və s...
Amma, biz illərdir  yazırıq ki, Azərbaycana ən böyük təhlükə  harınlamış, əllərində yüz milyonlar, hətta milyardlar cəmləşən bəzi məmur ordusundan  gəlir. 
Və bu gün də  dediklərimizin üzərində dayanırıq. 
Əlində böyük sərvət cəmləmiş  belə məmurlardan biri də Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovdur. 
Hər şeyi  bağışlamaq olsa da, şəhid atasını  söyüb qovmağı  nə millət, nə də Allah,  nə də zamanı  çatanda Prezident İlham Əliyev cənabları ona bağışlamayacaq. 
Cənab Prezident əbəs yerə demir ki, mən nəyi, necə  və nə vaxt etməyi bilirəm. 
Bəli, Niyazi Bayramov kimi məmurları layiq olduğu yerə göndərməyin zamanı çatıb. 
Təsəvvür edirsinizmi  bu adamın həyat yoldaşının adına  Bakının mərkəzində  az qala 10 milyon dəyərində restoran gecə-gündüz işləyir. Amma...bu adam...
Söhbət 44  günlük  Vətən müharibəsi  zamanı ermənilərin Gəncə şəhərində yaşayış binalarına atdığı raket zərbəsi  nəticəsində evi dağıdılan sakinlərin başına gələnlərdən gedir. 
Erməni terroru nəticəsində  evi dağılan, doğması ölən, yaralanan şəxslərə  dövlət kompensasiya verir. 
Gəncə  ŞİH-nin başçısı Niyazi Bayramovun işçiləri isə  bir gözü  görməyən Gəncə sakininə  6 min manata qol  çəkdirib, ona cəmi  1500 manat pul veriblər. 
Təsəvvür edirsiniz, evi dağılan, fəlakət içərisində olan  zavallıya dövlət  6 min manat kömək edir, 75 faizini  Niyazi Bayramovun adamları mənimsəyir, barı yarısını da vermir ee...
Yuxarıda dedik ki, bu adamın həyat yoldaşının adına olan restoranın dəyəri 10 milyondur. Amma icra başçısı evi dağılan şəxsin kompensasiyasını yeyir. 
Vallahi,  belələri ölkəmizi dağıdanlardan da təhlükəlidir. 
Hələ bu harasıdır..? 
Niyazi  Bayramovun  laqeydliyi nəticəsində evləri dağılan zərərçəkənlər nə ev əşyalarına görə kompensasiya ala bilirdilər, nə də evləri tikilib təhvil verilirdi. 
Erməni raketi nəticəsində  evləri dağılan  sakinlərin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etsə də  heç bir nəticə olmamışdı. 
Vəkil bildirir ki,  müraciətimdən aylar ötsə də icra başçısı heç bir addım atmır:
“Hüquqlarını müdafiə etdiyim şəxslərin evləri erməni qəsbkarlarının raket hücumu nəticəsində tamamilə dağılıb, ev əşyaları tamamilə məhv olub. Üstündən xeyli müddət  keçir. Hüquqlarını müdafiə etdiyim şəxslər kirayədə dözülməz vəziyyətdə yaşayırlar".
Biz yazının girişində əbəs yerə yazmadıq ki, Azərbaycana təhlükə milyonçu məmurlardan gəlir…
Təsəvvür edirsiniz, şəhid atasını qapıdan qovan  Niyazi Bayramov bu gün cibində Qarabağ  veteranı vəsiqəsi gəzdirir. 
Bu adamdan  soruşan yoxdur ki, sən Qarabağda  hansı cəbhədə, hansı bölgədə vuruşmusan…? 
Sən polkovnik rütbəsini necə almısan..? 
Bu adamdan soruşan yoxdur ki, Mingəçevirdə icra  başçısı olarkən,  Kür qırağındakı torpaqları verib nələr qazandın. 
Bu adamdan soruşan yoxdur ki, Azərbaycana şəhid tabutları gələndə  sən  övladına  Londonda 30 milyon dəyərində  villa aldın. 
Yəni millət  yas içində olanda siz bahalı alış-veriş edirdiniz.  
Şəhidin evinə gedən yol, küçə zülmət qaranlıq içərisindədir. Niyazi Bayramov həmin küçəyə iki işıq dirəyi  basdıra bilmir. 
Yaxud ən rüsvayçı məsələ….
Əslində buna  görə, Niyazi Bayramov xalqın qarşısında ifşa olunmalı idi ee…
Bəli, Niyazi Bayramov  Prezidentin Gəncəyə səfəri zamanı dövlət başçısını aldadıb...
Belə ki, bütün ölkənin  izlədiyi  videoda   Gəncədə  Nizami küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı  Niyazi Bayramov tələsik  ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün və səfərdən sonra maşına yığıb  aparıblar. 
İndi özünüz deyin beləsinin vəzifədə qalmağa haqqı varmı..? 
Ümumiyyətlə, belə məmurların vəzifə pilləsində irəlliləməyə mənəvi haqqı varmı..? 
Bunu yaxın zaman göstərəcək. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər