Zərdabın İcra Başçısı Mərdan Camalov özü ilə Çətir Tutan Gəzdirir – FOTO
13-05-2022, 10:15
948

Zərdabın İcra Başçısı Mərdan Camalov özü ilə Çətir Tutan Gəzdirir – FOTO

Gundelik-baku.com həmin fotonu izləyicilərə təqdim edir.
Mərdan Camalov yanında azyaşlı uşaqlar olmasına baxmayaraq, onların yanında yox, öz yanında özü üçün çətir tutan saxlayır. Hörmətli cənab Prezidentimiz İlham Əliyevdən Jalüz və plyonkalarla bağlı sitat:"məmurlar özlərini kimdən gizlədirlər, birdən əriyərlər". Cənab Prezidentimizin sözü olmasın, Mərdan Camalov deyəsən qara rənginin qaralmasından qorxaraq özü ilə çətir gəzdirən hərləyir. 
Ölkə rəhbəri çətirini öz əlləri ilə tutarkən icra başçısı özünü ağıllı sayaraq, təkəbbürlü şəkildə çətir tutan saxlayır.
Olmaya Mərdan Camalov özünü Prezidentdən üstün sayır. Bir neçə il bundan öncə Salyanın icra başçısı vəzifəsində çalışmış Tahir Kərimov bu əməlinə görə, ölkə rəhbəri tərəfindən işdən uzaqlaşdırıldı.
Çünki icra başçılarına tapşırıq verilib ki, təkəbbürlü olmayın xalqın qeydinə qalın.
Lakin Mərdan Camalov kimi məmur adına ləkə gətirənlər Prezidentin tövsiyyələrini qulaqardına vuraraq, icra başçısına yaraşmayan hərəkətlər edirlər.
Prezidentdən nümunə götürmək yerinə öz bildiklərini edirlər. Bu hərəkətinə görə işdən uzaqlaşdırılan Tahir Kərimovun sağ əli, Mərdan Camalovun başına. /Gundelik-baku.com/

Oxşar xəbərlər