Bakıda London tipli taksofon kabinələrinin sayı artırılacaq
12-01-2021, 16:25
213

Bakıda London tipli taksofon kabinələrinin sayı artırılacaq

Bakının bir sıra mərkəzi küçələrində London tipli taksofon kabinələrinin sayı artırılacaq.
Kabinələrin qurulması ilə bağlı işlər "Baktelecom" rabitə operatoru tərəfindən aparılır. Məsələ ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlanacaq.
Qeyd edək ki, hazırda "Baktelecom"un balansına 306 taksofon aparatı daxildir ki, bunlardan 205-i kart və qəpiklə işləyən universal taksofonlardır, 70-i internetə çıxışı olan, 31-i isə telekart taksofonlardır.
Tələbatdan asılı olaraq veb tipli taksofonların sayı artırılır. Taksofonların işinə intellektual idarəetmə sistemi vasitəsi ilə nəzarət olunur. Taksofonların hər biri mərkəzi serverə qoşulduğundan avadanlıqlarda nasazlıq yaranan zaman mərkəzdən onlayn müdaxiləyə və problemi aradan qaldırmağa imkan yaradır.

Oxşar xəbərlər