Cəlal Qurbanov- 44 YAŞ
19-03-2024, 14:43
324 585

Cəlal Qurbanov- 44 YAŞ

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2019–2021), "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələrinin rəhbəri Cəlal Cavanşir oğlu Qurbanovun doğum günüdür.Cəlal Qurbanov xalqına,millətinə hər zaman lazım olan şəxsiyyətdir.Bütün varlığı ilə şəhid ailələrinin yanında olmağa çalışan Cəlal Qurbanov xalq tərəfindən sevilir.Bunu onun haqqında sosial şəbəkələrdə yazılan xoş sözlər sübut edə bilər. Qeyd edək ki, son 2 ildə Cəlal Qurbanovun rəhbərlik etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 20- dən çox tədbir keçirilmiş, 2500-ə yaxın şəhidin əmanəti bu silsilədən olan tədbirlərə dəvət edilmişdir. Bütün tədbirlər şəhid yaxınlarının, ictimai, siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin iştirakı ilə Şuşa Şəhər Dövlət Qoruğu, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, DreamLand Golf Club, Heydər Əliyev Mərkəzinin qarşısı kimi önəmli məkanlarda təşkil olunmuşdur.
Redaksiya kollektivi olaraq,Cəlal Qurbanovu doğum günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir,uca Allahdan ona uzun ömür,möhkəm cansağlığı,xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq !

Oxşar xəbərlər