Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
13-01-2024, 16:37
440 444

Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb

Növbədənkənar prezident seçkilərini izləmək məqsədilə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 20 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərin 18 159-u dairə seçki komissiyalarında qeydiyyatdan keçənlərdir.

Oxşar xəbərlər