Aygün Bəylər qızına bunları demişdi...
13-01-2024, 17:21
439 265

Aygün Bəylər qızına bunları demişdi...

Mərhum Əməkdar artist Aygün Bəylərin illər əvvəl qızı Canana ürək sözləri yenidən gündəm olub.

Bununla bağlı “Söz-baz” proqramının arxivindən video paylaşılıb. Sənətçi övladı Cananın həyatının ən önəmli insanı olduğunu bildirib: 
“Ancaq övladım. Ola bilər ki, ata-ana, bacı-qardaş yoxdur, amma gecə-gündüz o, yanımdadır. Onlar bizim kövrək olmağımızı görürlər. Ona ancaq can sağlığı arzulaya bilirəm. Həmişə balamın canı sağlam olsun. Bağışla, kövrəldim. Həmişə var olasan. Sənin o qədər gözəl ürəyin var. Amma musiqini niyə sevmədin bilmirəm. Deyir, mənlik deyil, ana. Amma mən belə istedadlı uşaq görməmişəm. Bir söz soruşursan, elə bilirəm atam məsləhət verir. Musiqini də istəmirsə, canı sağ olsun. Mən isə fikirləşirdim ki, o, Əzizə Mustafazadə olacaq, 7 yaşında onun üçün konsert edəcəm. O da deyirdi ki, ana, toylara gedəndə mənim üçün də bir “sintezator” apararsan? Dörd yaşı var idi. Deyirdim, sən onu nə edirsən? Deyirdi ki, mən də ifa edəcəm, o qədər musiqi ilə böyüdü ki, onun içinə girmişdi. Mənim bir dənəmsən. Allahın bəxş etdiyi, sevindirdiyi bir nemət, gözəlliksən”.

Oxşar xəbərlər