Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
13-01-2024, 18:12
437 995

Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir

Azərbaycan 2023-cü ildə Belarusdan ən çox taxta-şalban tədarük edən ölkələr sırasında ilk üçlüyə daxil olub.
Bu ölkənin Universal Əmtəə Birjasına (BUCE) istinadən xəbər verir ki, Azərbaycan, Çin və Rusiyadan olan şirkətlər Belarusun taxta-şalban məhsulları ilə ixrac əməliyyatlarının ümumi həcminin 72 %-ni fiziki ifadədə təmin ediblər.
Ümumilikdə, 2022-ci illə müqayisədə Belarusdan taxta-şalban ixracı təxminən iki dəfə artaraq 1,4 milyon kubmetrə çatıb. Alıcılar isə 17 ölkənin şirkətləri olub.
Bildirilib ki, 2024-cü ildə bu rəqəmlərin daha da yüksək olacağı gözlənilir.
Qeyd olunub ki, artıq bu ilin yanvarın ilk günlərində Azərbaycan, Rusiya və Özbəkistan şirkətləri ilə məqsədli əməliyyatlar qeydə alınıb. Müqavilələrin ümumi məbləği 1,2 milyon ABŞ dollardan çox olub.

Oxşar xəbərlər