13:47 - "Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
13:12 - Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!
12:59 - Ermənilər Xankəndini tərk edir - FOTOLAR
12:33 - Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - FOTO/VİDEO
12:24 - “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
12:09 - "Netflix"in ilk Azərbaycan filmi - VİDEO
11:56 - DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi
11:17 - İndoneziyada zəlzələ: ölən və yaralananlar var
11:07 - Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
10:15 - İlham Əliyev Şuşaya getdi – Video
22:18 - Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
21:23 - Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
20:07 - 71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
19:52 - Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edir
Xalq artistinin mirası üstündə dava gedir
Mərhum Xalq artisti Səfurə İbrahimovanın mirası ətrafında mübahisə yaranıb.
Bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, aktrisanın qohumları onun mirasından pay istəyir.
Verilişə S.İbrahimovanın qardaşı qızı Könül də qatılıb. O bildirib ki, bibisi vəsiyyətnamə yazıb və mirasını ona qoyub:
"Qohumlar indi düşüb üstümə ki, nə vaxt baxdın ona? Bibim xəstə olanda hamısını çağırdım ki, gəlin görün. Heç biri gəlmədi. Bibim onları görmək istəyirdi. Allah şahiddir ki, onun hər şeyinə özüm baxmışam. 24 saat gücüm çatanı etmişəm. Bibim mənə ana əvəzi olub. Onun ölümünü atama bildirmək istəmirdik. Amma hiss etdi. Onlara bir evdə baxırdım. Bütün günü otururdular, söhbət edirdilər.
Qohumlar öləndə heç onu götürməyə gəlmədilər. Öləndən sonra bibim dəbə düşüb. Bibim sağ olanda qohumlar deyirdi ki, sən ona qulluq edib, üzümüzü ağ edirsən. Amma indi hamısı düşmən olub.
Atam həyət evində yaşayırdı. Kapriz edirdi ki, evimi istəyirəm. Oturub ağlayırdım ki, bibimi apara bilmirəm, məcbur qalmalıyam. İki övladım da hərbçi idi. Bilmirdim onları düşünüm, yoxsa bibimlə atamı".
Qeyd edək ki, S.İbrahimovadan sonra qardaşı da dünyasını dəyişib.//axşam.az//