SON DƏQİQƏ

www.bakitv.az

Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!

Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!
15-01-2021, 13:12 41 dəfə baxılıb

Xızının Xələnc kəndindən olan ilk şəhidimiz Natiq Verdiyevin plakatı sökülüb. Reportyor.info-nun verdiyi xəbərə görə, şəhidin plakatının qurulmasına icazə olmadığı bildirilib.
Şəhidi plakatının fotosu da yayılıb və yaxınlığında texnika olduğu, söküntü işləri getdiyi görünür. Sosial mediada böyük qəzəblə qarşılanan bu nanəcib hərəkətə görə məsul şəxslər lənətlənib, pislənilib.

Sosial şəbəkə fəallarının sözlərinə görə, bunu sökdürənin nə şəxsiyyəti var, nə mənliyi…Amma şəhid Natiqin plakatını kimin sökdürdüyü bilinmir.
İctimai qınağa səbəb olan bu addıma görə vətəndaşlar Xızı rayon icra başçısı Xəzər Aslanovun hesabat verməli olduğunu qeyd ediblər.
Amma nə icra başçısı Xızının Xələnc kəndinə baş çəkib, nə şəhidin ailəsi ilə görüşərək maraqlanıb, nə ailənin problemlərinə ürək yandırıb, nə də İH tərəfindən plakatın sökülməsi barədə rəsmi açıqlama verilib.
Qeyd edək ki, X.Aslanovun Xızı camaatına münasibəti olduqca laqeyddir. İcra başçısının bu davranışının səbəbi olduğu deyilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ