15:42 - Koronavirusun daha bir növü aşkarlandı
15:39 - Ramiz Mehdiyev sakinləri belə narahat edir... - QALMAQAL
15:35 - Azərbaycanda qarı nə üçün adi bellə təmizləyirlər? - Ekspert
15:30 - “Tökdüyümüz qan kifayətdir” – Arayikdən etiraf
15:09 - Sarkisyan Paşinyanın təklifinə imza atmadı
15:02 - Prezident Şağanda pansionatın açılışında iştirak etdi - FOTOLAR
14:16 - Peşə təhsilimiz bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?
13:51 - Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – SON DƏQİQƏ
13:46 - "Müalicə olunmaq istəyirəm... MƏNƏ KÖMƏK EDİN!" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
13:34 - Lisey direktorunun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA
13:26 - Ermənistanda vəziyyət gərginləşdi: Paşinyan tərəfdarlarını meydana çağırdı
13:18 - Diktor gəlinini və nəvəsini qəbul etmir: "Oğlum bir gecənin bədnamı olub"
13:11 - Zöhrə Abdullayevanın ayaqları tutulub, xəstəxanaya yerləşdirilib
13:05 - Eldar Əzizovun bu hərəkəti tənqidə səbəb OLDU - FOTOLAR
13:00 - Sahil Babayev bir gün bunlara görə CAVAB VERƏCƏK - FAKTLAR...
Sabah qar yağacaq
Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.