Koronavirusu məhv edən tibbi maska yaradıldı
26-07-2020, 14:57
261

Koronavirusu məhv edən tibbi maska yaradıldı

Portuqaliyanın paytaxtı Lissabonun Molekulyar Tibb İnstitutunun alimlər qrupu üzərinə düşən koronavirus hissəciklərini neytrallaşdırmağa qadir olan qoruyucu maska yaradıb.
“Bakı TV”nin məlumatına görə, bu barədə “La Razon” nəşri bildirib.
Tədqiqatçılar sınaqların gedişatında maskanı koronavirus molekullarının olduğu məhlula salıblar. Bu halda koronavirus molekullarından 99 faizi bir saat sonra öz xüsusiyyətlərini itirib.
Bu effektin suya davamlı bir neçə təbəqə və xüsusi örtüklü innovativ parça sayəsində əldə edildiyi qeyd olunur.
Alimlər bildiriblər ki, sarğıdan bir neçə dəfə istifadə etmək olar. Fransanın Paster İnstitutunda aparılan sınaqlar nəticəsində məlum olub ki, onu azı 50 dəfə yumaq olar.

Oxşar xəbərlər