SON DƏQİQƏ

www.bakitv.az

Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu - FOTO

Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu - FOTO
28-02-2021, 11:24 24 dəfə baxılıb

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.
Bu barədə Səhman Musayevin yaxınları məlumat verib.
Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.
Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.


ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ