Azər Zeynalovun nitqi tutulub? - Oğlu danışdı
7-04-2021, 20:26
176

Azər Zeynalovun nitqi tutulub? - Oğlu danışdı

“Xalq artisti Azər Zeynalovun nitqinin tutulmasıyla bağlı xəbər yalandır”.
Bunu medicina.az -a Xalq artistinin İstanbulda yaşayan oğlu İsmayıl Zeynalov deyib.
O, bildirib ki, atası ilə hər gün danışır, səhhəti normaldır:
“Azər müəllim açıq ürək əməliyyatı keçirib. Hər gün onunla danışıram. Dəqiqləşməyən məlumatların yayılması bizi narahat edir. Atamın nitqində problem yoxdur. Nitqi tutulan adamla danışmaq olar?”
İ.Zeynalov əlavə edib ki, həkimlər müalicənin nəticə verdiyini bildirib: “Səhhətində irəliləyiş var. Tezliklə xəstəxanadan çıxıb, müalicə olunub, səhnəyə qayıdacaq. Yenidən sənəti ilə məşğul olacaq”.
Qeyd edək ki, bu gün kütləvi informasiya vasitələrində xalq artistinin nitqinin tutulması ilə bağlı məlumatlar yayılıb.
A.Zeynalov mart ayının 10-da infarkt keçirib. Aprelin 2-də isə Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirib .

Oxşar xəbərlər