Fuad Muradov Rövşən Rzayevlə şərikliyə niyə son qoydu? – Fakt
17-08-2020, 14:44
233

Fuad Muradov Rövşən Rzayevlə şərikliyə niyə son qoydu? – Fakt

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Almaniyada şərikli restoran biznesi uğursuzluğa düçar olub.
Reportyor.info-nun verdiyi xəbərə görə, iki komitə sədri yollarını ayırmalı olublar. Şərikliyə son qoyulması təşəbbüsü F.Muradovdan gəlib.
O, Berlində “Karabakh” (“Qarabağ”) və Kölndə “Old Baku” (“qədim Bakı”) restoranlarının rentabelli işləmədiyini, alman müştərilərin maraq göstərmədiyini əsas gətirərək “Qaçqınkom” sədrilə ortaqlıqdan çıxıb.
F.Muradov R.Rzayevdən öz payını istəyərək biznesini fərqli müstəvidə qurmaq qərarına gəlib. Çünki almanlar restoran yeməklərinə çox aludə olmurlar. Onlar əsasən “fast food” yeməkləri ilə kifayətlənirlər.\reportyor.info

Oxşar xəbərlər