"Aprel ayında da əhəmiyyətli artım gözləyirik" - Mikayıl Cabbarov
22-04-2021, 22:51
191

"Aprel ayında da əhəmiyyətli artım gözləyirik" - Mikayıl Cabbarov

“Qeyri-neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bu ilin birinci rübündə qeyri neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4 faiz olub və bu göstərici ötən ilin müvafiq dövründən 3,7 faiz çoxdur:
“Qeyri neft-qaz sektorunda müsbət dinamika davam edir və aprel ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım gözləyirik”.

Oxşar xəbərlər