Bülbülün Şuşadakı ev muzeyinin necə bərpa ediləcəyi məlum olub
22-04-2021, 23:52
164

Bülbülün Şuşadakı ev muzeyinin necə bərpa ediləcəyi məlum olub

Bülbülün Şuşa şəhərindəki ev muzeyinin bərpası zamanı böyük sənətkarın Bakıdakı Memorial Muzeyinin fondunda saxlanılan materiallara istinad ediləcək.
Mədəniyyət Nazirliyinin məsələyə açıqlaması belə olub: 
“Ev muzeyinin ilkin tarixi görkəmində bərpası məqsədilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən ilkin layihə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Qısa müddətdə bu ev-muzeyinin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.

Oxşar xəbərlər