Speys TV-yə "kino çəkilişi adıyla toy" şoku - Açıqlama
23-08-2020, 13:46
299

Speys TV-yə "kino çəkilişi adıyla toy" şoku - Açıqlama

Bu günlərdə bəzi media orqanlarında Speys TV-nin rəhbəri Vaqif Mustafayevin kanalın əməkdaşı Tamara Məmmədovanın bacısına kino çəkilişi adı ilə toy etməsi barədə xəbərlər yayılıb. Bu xəbər bizi ciddi şəkildə təəccübləndirdi.
Bu barədə Bakitv.az-a Speys TV-dən verilən rəsmi açıqlamada bildirilib. Kanaldan qeyd edilib ki, bu böhtan xarakterli məlumat təəssüf doğurur:
“Vaqif Mustafayevin birmövqeli şəxs olması hamıya məlumdur. Qeyd edək ki, belə böhtan xarakterli məlumatın yayılması ilk hal deyil və heç vaxt da bu məlumatlar özünü doğrultmayıb. Hazırdakı böhtan xarakterli xəbərlər Vaqif Mustafayevi ləkələmək üçün edilmiş növbəti cəhddir”.

Oxşar xəbərlər