Ermənistan müharibə hazırlığında - Paşinyan Azərbaycanın səbri ilə oynayır...
31-08-2020, 14:16
421

Ermənistan müharibə hazırlığında - Paşinyan Azərbaycanın səbri ilə oynayır...

Poitoloq: “Cənubi Qafqazda çox ciddi hadisələr gedir. Görünən odur ki, status-kvo tezliklə pozulacaq. Nəticədə də biz tamamilə başqa hadisələrin şahidi olacağıq”.
“Əslində Nikol Paşinyan bu kimi addımlar atmaqla Azərbaycanın səbri ilə oynadığını göstərir”.
Bu sözləri politoloq Zaur Məmmədov Paşinyanın Xankəndinə səfərini PİA.az-a şərh edərkən qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Ermənistan mətbuatının məlumatına görə, Paşinyan Xankəndində hərbçilərlə görüşüb və bu görüşdə separatçı rejimlə “hərbi əməkdaşlığın dərinləşdirilməsi” məsələsini müzakirə edilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə son zamanlar daha çox səfərlər etməsi nədən xəbər verir və Ermənistanın yeni təxribata əl atması mümkündürmü?

Zaur Məmmədov: “Generallarla Paşinyanın görüşü bir daha sübut edir ki, müharibə hazırlığı Ermənistan tərəfindən ciddi şəkildə aparılır”.
Ermənistanın əsas məqsədi hər zaman olduğu kimi, bu gün də dənizindən dənizə dövlət strategiyasını həyata keçirmək olduğunu vurğulayan politoloq qeyd edib ki, bu gün Nikol Paşinyan və David Tonoyan tərəfindən bəyan edilən “yeni ərazilər üçün yeni müharibə” formulası da Ermənistanın işğalçı olduğunu bir daha sübuta yetirir:
“Nikol Paşinyan hakimiyyətə gələndən sonra biz onun Dağlıq Qarabağa tez-tez səfərlər etdiyini görürük. Hamıya məlumdur ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın tarixi torpağıdır. Əslində Nikol Paşinyan bu kimi addımlar atmaqla Azərbaycanın səbri ilə oynadığını göstərir.
Onun sonuncu görüşü Dağlıq Qarabağ və Ermənistan hərbçiləri arasında münasibətlərin daha da dərinləşməsi kimi təqdim edilməsi gülüncdür. Çünki bu gün Dağlıq Qarabağ adlı heç bir qurum yoxdur. Dağlıq Qarabağ bu gün Ermənistan tərəfindən idarə olunur. Yaxşı olar ki, Nikol Paşinyan kimlərinsə başını aldatmaqla deyil, kartları açaraq Azərbaycana qarşı provakasiyasının nəticələri haqqında düşünsə, daha yaxşı olar.

Ermənistan hakimiyyətinin bu etdikləri, onların dünya ictimaiyyətinə Dağlıq Qarabağı guya müstəqil qurum kimi təqdim etmələri də gülüncdür. Hamıya məlumdur ki, Ermənistanın əsas məqsədi hər zaman olduğu kimi bu gün də dənizindən dənizə dövlət strategiyasını həyata keçirməkdir. Bu gün Nikol Paşinyan və David Tonoyan tərəfindən bəyan edilən “yeni ərazilər üçün yeni müharibə” formulası da Ermənistanın işğalçı olduğunu bir daha sübuta yetirir.
Zaur Məmmədov: “2016-cı ildən fərqli olaraq Ermənistanın Azərbaycan istiqamətindəki çoğrafiyalarında, regionallarında artıq yeni texnikaların, silahların olduğunun şahidiyik”.
Generallarla Paşinyanın görüşü bir daha sübut edir ki, müharibə hazırlığı Ermənistan tərəfindən ciddi şəkildə aparılır. 2016-cı ildən fərqli olaraq Ermənistanın Azərbaycan istiqamətindəki çoğrafiyalarında, regionallarında artıq yeni təcrid edilmiş texnikaların olduğunun şahidiyik. Burada təbii ki, Ermənistanın havadarının da Ermənistan ordusundakı dəyişikliklərdə öndə olduğunu əminliklə deyə bilərik. Lakin Ermənistanın havadarı əmin olsun ki, Ermənistan tərəfinin aprel döyüşlərindən sonra sərhədyanı ərazilərdə yeni qurduğu hərbi avadanlıqlar və yeni texnikalar, eyni zamanda vertolyotlar Azərbaycan hərbi maşınının qarşısında tab gətirə bilməyəcək.
Ermənistanın müharibəyə başlaması bölgədə böyük müharibənin başlamasına gətirib çıxaracaq. Təbii ki, sonda qalib gələn tərəf Azərbaycan olacaq. Əmin ola bilərik ki, bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün Azərbaycan ordusu istər hərbi texnika, istər təcrübə baxımından Ermənistan ordusunu qat-qat üstələyir. Azərbaycan ordusu hərbi əməliyyatlara hazırdır.

Son aylarda Azərbaycan-Türkiyə alyansının güclənməsi, türklərin Azərbaycanda hərbi təlimləri keçirməsi bir daha onu göstərir ki, artıq Cənubi Qafqazda müharibə başlayarsa, Ermənistanın yanında havadarı yer alacaqsa, Azərbaycanın da yanında da yer alan qüvvələr və dövlətlər olacaq.
Zaur Məmmədov: “Ermənistanın müharibəyə başlaması bölgədə böyük müharibənin başlamasına gətirib çıxaracaq”.
Cənubi Qafqazda müharibə başlayacaqsa, Azərbaycan və Ermənistanı tək qoymaq lazımdır. Bunu Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan təkbətək Azərbaycanla döyüşməlidir. Əgər Ermənistan tək başına döyüşməyəcəksə, bu zaman da Azərbaycanın yanında hərbi müttəfiqləri olacaq. Azərbaycan hərbi müttəfiqi olan Türkiyə bu gün Liviyada, Suriyada sübut edib ki, onun ordusuna qarşı çıxan olmayıb. Türkiyə hərbiçiləri öz mahir ustalıqları ilə dünya ölkələrinə meydan oxumağa hazırdır.
Hər halda Cənubi Qafqazda çox ciddi hadisələr gedir. Görünən odur ki, status-kvo tezliklə pozulacaq. Nəticədə də biz tamamilə başqa hadisələrin şahidi olacağıq”.

Oxşar xəbərlər