Gəncə Şəhər İcra Hakimiyyətindən MÜRACİƏT - FOTO
31-08-2020, 14:43
506

Gəncə Şəhər İcra Hakimiyyətindən MÜRACİƏT - FOTO

Gəncə Şəhər İcra Hakimiyyəti şəhər sakinlərinə müraciət ünvanlayıb.
Unikal.org müraciət mətnini təqdim edir:
“Hörmətli Gəncə sakinləri! Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Gəncə 2020-ci il 31 avqust tarixindən etibarən sərt karantin rejimi zonasından çıxarılıb. Buna səbəb şəhərdə həyata keçirilən preventiv tədbirlər nəticəsində yoluxma sayının kəskin azalmasıdır.
Nəzərinizə çatdıraq ki, Gəncədə pandemiya elan edildiyi ilk dövründə COVİD-19 infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilib.  
Belə ki, şəhər ərazisində tibbi-profilaktiki və maarifləndirmə tədbirləri mütamadi olaraq davam etdirildi.  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişinə əsasən Koronavirusa Qarşı Mübarizə Qərargahı yaradıldı. Qərargahın tərkibində fəaliyyət göstərən mobil qruplar mütamadi olaraq yerlərdə maaifləndirmə tədbirləri apardı. Habelə, Gəncənin bütün  küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri gücləndirilmiş qaydada həyata keçirildi. Şəhər rəsmilərinin iştirakı ilə Gəncənin müxtəlif ərazilərində maarifləndirmə xarakterli monitorinqlər təşkil olundu, sakinlərlə profilaktiki söhbətlər aparıldı. Eyni zamanda Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən də  reydlər təşkil edilərək, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində qanunamüvafiq formada tədbirlər görüldü. Lakin, sərt karantin rejimindən çıxmağımıza baxmayaraq ölkədə xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu isə o deməkdir ki, yuxarıda sadalanan tədbirlər aidiyyatı qurumlar tərəfindən mütamadi olaraq davam etdiriləckdir. 
Əziz sakinlər! Sizin öhdənizə düşən vəzifə Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq sanitar-epidemioloji qaydalara riayət etməkdir. Sosial məsafəni qorumaqla, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə etməklə özünüzü və yaxınlarınız virusdan qoruyun. 
Qeyd edək ki, bütün görülən işlərin təməlində vətəndaşlarımızın sağlmalığı dayanır”. 
 
Gəncə Şəhər İcra HakimiyyətindənMÜRACİƏT - FOTO

Oxşar xəbərlər