Bakıda daha iki sinif distant təhsilə keçib
13-10-2021, 18:37
12

Bakıda daha iki sinif distant təhsilə keçib

Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.
"Ankara məktəbi" məktəb liseyinin 7 e və 7 f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən  bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir. 14 günlük karantin müddəti bitdikdə isə sinif yenidən ənənəvi dərslərə davam edir./apa

Oxşar xəbərlər