Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq - Yeni qanun
26-01-2022, 13:56
7 303

Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq - Yeni qanun

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
 
"Report" xəbər verir ki, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər".

Oxşar xəbərlər