Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
16-09-2020, 11:17
199

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020”
əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş
tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik
tərkibli çətənə bitkiləri aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata
görə, ümumi çəkisi 3 tondan artıq olan 2550 ədəd çətənə kolu kökündən
çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər