Texnikanın gətirildiyini əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev yaralı hərbçilərlə görüşündə bu barədə məlumat vermişdi: “Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik”.
Yaxın günlərdə Bakının Azadlıq meydanında düşməndən əldə edilmiş qənimətlərin nümayiş etdirilməsi üçün hərbi paradın keçiriləcəyi gözlənilir.