13:47 - "Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
13:12 - Xızıda şəhidin plakatı söküldü, başçı isə… - NARAZILIQ!
12:59 - Ermənilər Xankəndini tərk edir - FOTOLAR
12:33 - Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - FOTO/VİDEO
12:24 - “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
12:09 - "Netflix"in ilk Azərbaycan filmi - VİDEO
11:56 - DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi
11:17 - İndoneziyada zəlzələ: ölən və yaralananlar var
11:07 - Qarabağdakı rus sülməramlıların vaksinasiyasına başlanıldı
10:15 - İlham Əliyev Şuşaya getdi – Video
22:18 - Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
21:23 - Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
20:07 - 71 yaşlı Şəki sakini pensiyasının artırılmasına nail ola bilmir - GİLEY
19:52 - Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edir
Ermənilər Laçın yoluyla gedib-gəlməkdən qorxur - Azərbaycan ordusu 2 km-likdədir
Xəbər verildiyi kimi, bu gün- noyabrın 25-dən Kəlbəcər rayonu erməni işğalçı qüvvələri tərəfindən tamamilə boşaldılaraq Azərbaycana təhvil verildiyi üçün həmin rayondan qəsbkar Ermənistan ərazisinə keçən yollar bağlanır.
Rusiya mediasına açıqlama verən ermənilər Rusiya sülhməramlılarının da nəzarət etməsinə rəğmən İrəvandan Qarabağa gələn hazırda yeganə Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla gəlib-getməyə ehtiyat etdiklərini bildiriblər.
Laçında rus dili müəllimi işləmiş Armen Movsesyan deyir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şəhərin hər iki tərəfində cəmi 2-2,5 kilometr məsafədədir. Demarkasiya (ayrılma) xəttində rus sülhməramlılarının olmasına baxmayaraq Movsesyan qorxduqlarını bildirir.
"İndi Laçın şəhərində 200-dən az erməni qalıb, əksəriyyəti kişilərdir. Müharibədən əvvəl burada, ən azı, 2 min erməni yaşayırdı. Bu gün orada yaşamaq qeyri-realdır, hər zaman qorxu içində yaşamaq qeyri-realdır. Və bir çoxları belə düşünür"- Laçında on illərlə qeyri-qanuni məskunlaşmış erməni belə deyir.
“CivilNet” nəşrinin jurnalisti Lika Zaxaryan Xankəndinə Kəlbəcər vasitəsilə qayıdıb.
"Hələ Laçın yolu ilə getməmişəm, çünki həmin yolla getməkdən qorxuram. Kəlbəcər yolu bağlanandan sonra yalnız bu yola sahib olacağıq. Ancaq heç kim 100% təhlükəsizliyə zəmanət verə bilməz. İstənilən vaxt, gecə-gündüz bir təxribat gözləmək olar, xüsusən də nəzarət postları arasındakı yolda. Daimi qorxu içində yaşamağa məhkumuq. Biz Xankəndində belə, özümüzü təhlükəsiz hiss etmirik..."-deyə erməni jurnalist vurğulayıb.